559 səhifə, 251 akkauntu blok etdik FACEBOOK

559 səhifə, 251 akkauntu blok etdik FACEBOOK

Facebook sosial şəbəkəsinin əməkdaşları 800 mindən çox istifadəçi akauntlarını və səhifələrini blokla saldıqlarını bildiriblər. SİA CNN-ə istinadən xəbər verir ki, bu addımın ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiəri ərəfəsində yalan informasiyaların yayılmasının qarşısının alınması üçün atıldığı qeyd olunur.

“Bu gün biz, 559 səhifəni və 251 akkauntu bloka salmışıq, çünki onlar davamlı şəkildə spam məlumatların yayılması qadağasına əməl etməyiblər”, deyə Facebook sosial şəbəkəsinin təhlükəsizliyinə cavabdeh şəxslər bildiriblər.

Bununla yanaşı, qeyd edilib ki, həmin səhifələr və akkauntlar məhz ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsində aktivləşdiriliblər.

R.NURƏDDİNOĞLU

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə