Bu il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası dekabrın 6-7-də İtaliyanın Milan şəhərində keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri Entso Moavero-Milanezi bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
"İtaliyanın ilin sonunadək ATƏT sədri postunu tutduğunu nəzərə alaraq, Lavrovla nazirlərin görüşünün dekabrın 6-7-də Milanda keçirilməsini müzakirə etdik. Görüşdə iştirak edəcəyini təsdiq etdiyinə görə Lavrova təşəkkür edirəm", - E.Moavero-Milanezi deyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB