“Səsimizi Latviyanın yaxın dörd ildə necə inkişaf edəcəyinə verdik” SEÇKİ
Yaxın dörd ildə Latviyanın gələcəyi Seymə (parlamentə) olan seçkilərin nəticələrindən asılıdır. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Raymonds Veyonis səs verdikdən sonra, jurnalistlərlə söhbətində bildirib.
"Biz, öz səsimizi Latviyanın yaxın dörd ildə necə inkişaf edəcəyinə verdik", deyə qeyd edən prezident buna nümunə olaraq, Böyük Britaniyann Avropa İttifaqını referendumun gözlənilməz nəticələrinə görə tərk etdiyini göstərib. O, bu olaydan dərs götürülməli olduğunu bildirib. "Gənc insanlar Böyük Britaniyanın Avroittifaqdan heç bir halda çıxmayacağına ümid edirdilər, lakin olan-oldu", - Raymonds Veyonis sözlərinə əlavə edib.
Onun sözlərinə görə, səsvermənin nəticələri baxımından, onların qarşısında asan olmayan məsələ dayanıb: "Seçkilərdən sonra mənim çətin işim olacaq – baş nazirliyə namizəd kimi bütün siyasi partiyaları bir araya gətirməklə irəliyə gedə biləcək layiqlini seçmək. Yeni hökumət avroatlantik kursu saxlamaqda davam etməli, müdafiəni gücləndirməli və başlayan islahatları davam etdirməlidir".
Qeyd edək ki, Latviyada bu gün keçirilən növbəti parlament seçkilərində vətəndaşlar seymə 100 deputat seçməlidirlər. Səsvermələr partiya siyahıları əsasında keçirilir. Hazırda Latviyada 1,5 milyon əhali yaşayır. Ölkənin mərkəzi seçki komissiyası 16 partiyanı təmsil edən namizədləri qeydiyyata alıblar. Seymə seçilmək üçün 1461 nəfər iddiasını irəli sürüb. Ümumilikdə parlament seçkilərində 954 seçki məntəqəsi, ölkə xaricində isə 121 fəaliyyət göstərir.
Yerli qanunvericiliyə görə, seçkilərin nəticələrindən sonra, məhz Latviya prezidenti rəsmi qaydada baş nazir postuna namizəd irəli sürür. Baş nazir yeni hakim koalisiyanı təqdim etməli, parlament isə yeni nazirlər kabinetini təsdiqləməlidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB