“Zatulinin fikirləri Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirməyəcək” ÖZƏL-MÜNASİBƏT
“Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə açıqlamalar səsləndirilməsi heç də Rusiya dövlətinin Azərbaycan haqqında olan fikirlərin ifadəsi kimi qəbul olunmamalıdır. Çünki, parlamentin hər bir deputatı öz fikirlərini ifadə etməkdə azaddır. Zatulin də deputat mandatından istifadə edərək belə açıqlamalar verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
“Biz Zatulinin keçmişinə diqqət yetirsək görərik ki, onun ermənilərlə bağlılığı var. Həm doğulduğu və böyüdüyü mühitə, həm də onun Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə baxsaq görərik ki, Zatulin erməni əsillidir və aldığı qonararlar hesabına ermənilərə dayaq durmağa çalışır. Zatulinin fikirlərini biz ciddiyə almamalıyıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Keçən hər gün bu əlaqələrimizi daha da möhkəmlədir və erməni Rusiya əlaqələri zəifləməyə doğru gedir. Zatulinin fikirləri heç vaxt Azərbaycan Rusiya əlaqələrinə xələl gətirməyəcəkdir”-deyə, millət vəkili fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB