Deputatlar Çeçenistana səfər edəcək

Deputatlar Çeçenistana səfər edəcək

Milli Məclisin deputatları - Cavanşir Paşazadə, Malik Həsənov və Hüseynbala Mirələmov oktyabrın 5-də Qroznı şəhərinin 200 illiyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün Çeçenistanda səfərdə olacaqlar. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Deputatlar təntənəli yubiley tədbirinə qatılacaq, Qroznı şəhərinin tarixi ilə tanış olacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə