Bu gün Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun 4-cü toplantısı keçiriləcək

Bu gün Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun 4-cü toplantısı keçiriləcək
Bu gün orta-uzun diapazonda olan tezliklərin səmərəli istifadəsi ilə bağlı Minskdə Regional Rabitə Birliyinin (RRB) işçi qrupunun 4-cü toplantısı keçiriləcək. SİA-nın məlumatına görə, Minskdə baş tutacaq toplantı dekabrın 17-dək davam edəcək.Toplantıda Azərbaycan da təmsil olunacaq. Belə ki, ölkəmizi Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə