“İndi Əsəd vaxtını İsraillə hərbi əməliyyatlara ayıra bilər” S-300 VAHİMƏSİ

“İndi Əsəd vaxtını İsraillə hərbi əməliyyatlara ayıra bilər” S-300 VAHİMƏSİ

“Rusiya S-300 “yer-hava” raket komplekslərinin Suriyaya çatdırılma prosesini yekunlaşdırdı. Bu addım çox yəqin ki, Suriya səmasında güclərin nisbətini dəyişəcək”. SİA yazır ki, bu barədə İndependent-in jurnalisti Patrik Kokbyörn yazır. Nəşr xatırladır ki, buna səbəb Suriyanın bilmədən Rusiyanın kəşfiyyat təyyarəsini vurması olub və əsas günah İsrailin üzərinə qoyulub.

Xatırladaq ki, Rusiyaya məxsus kəşfiyyat təyyarəsi Suriyanın hava məkanında kəşfiyyat uçuşu apararkən, İsrail qırıcıları da havada olub və suriyalılar israilliləri hədəfə alarkən, rus təyyarəsi vurulub.

“İsrail usiyanın hərbi hava qüvvələrinə məxsus təyyarəənin vurulmasından və nəticədə hərbçilərin həyatlarının itirilməsindən təəssüf hissi keçirdiyini bildirib və hazırda S-300-lərdən ehtiyat edir”, yazan nəşr həmçinin bildirir ki, bu raketlər İsrailin Suriya ərazisindəki İrana məxsus obyektlərin vurulması kampaniyasına mane olacaq.

Adıçəkilən qəzet qeyd edir ki, Rusiya prezidenti Putin son vaxtlara qədər Suriya, Türkiyə və İsraillə yaxşı münasibətlər qurmağa nail olmuşdu, halbuki bu ölkələrin Suriyadakı hədəfləri fərqlidir. Lakin rus təyyarəsinin vurulmasından sonra Rusiya-İsrail münasibətləri gərginləşdi. “Yalnız İsrailin Suriyada keçirdiyi hərbi hava əməliyyatları deyil, Yaxın Şərqin şimalında ABŞ-ın hərbi gücü də müəyyən dərəcə çətinliklər yaşayacaq”, yazan İndependent əlavə edir ki, Suriyanın havadan müdafiə sisteminin istənilən kardinal dəyişikliyi, eləcə də müasirləşdirilməsi amerikalı hərbçilərin qarşısına sədd çəkir: “Suriya ümid edir ki, gələcəkdə İsrail İsrail ölkə ərazilərinə zərbə vurmaq azadlığını itirəcək. Ən azı, S-300 kompleksləri İsraili ehtiyatlı davranmağa məcbur edəcək”.

Müəllif Suriyada yerləşən Rusiya hərbi bazalarında S-400-lərin də yerləşdiyini xatIrladIb və əlavə edib ki, Əsəd silahlı müxalifətdən İdliv anklavı istisna olunmaqla, əhəmiyyətli mövqeləri geri alıb. “İndi isə o, vaxtının böyük hissəsini Suriyaya da toxunan İsrail hərbi əməliyyatlarına qarşı ayıra bilər”, İndepentent yazır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə