Skripal işi: BBC hərbi şərhçisinin kitabı yeni faktları üzə çıxardı ARAŞDIRMA+TƏHLİL
Rusiyalı casus Britaniyanın Mİ6 xarici kəşfiyyatına Rusiya kəşfiyyatının yuxarı eşalonlarında fəaliyyət göstərən şəxslərin korrupsiya sxemini təqdim edib
Bu ilin martında, Britaniyanın Solsberi şəhərində “Noviçok” adlı siniri paralizə edən qaz vasitəsi ilə həyatına sui-qəsd edilmiş “QRU”-nun (Baş Kəşfiyyat İdarəsi) polkovnik rütbəli sabiq əməkdaşı və ikili agenti Sergey Skripal Britaniyanın Mİ6 xarici kəşfiyyatına Rusiya kəşfiyyatının yuxarı eşalonlarında fəaliyyət göstərən şəxslərin korrupsiya sxemini təqdim edib.
Hərbi Dəniz Donanması zabitinin müəmmalı ölümü və kəslimiş barmaq ismarıcı
SİA xəbər verir ki, bununla bağlı The New York Times qəzeti oktyabrın 2-də nəşriyyatdan çıxan və casusluq barədə bəhs edilən kitaba istinadən yazır. “Skripal həmin sxem barədə ötən il BBC mediaşirkətinin hərbi şərhçisi Mark Urbana verdiyi müsahibəsində danışıb ki, ikinci bundan sonra “soyuq müharibə” dövründən sonra casusluq barədə sözügedən kitabı yazıb.
Skripalın sözlərinə görə, korrupsiya barədə informasiya ən yüksək səviyyədə və ciddi şəkildə sirr olaraq saxlanılmışdı. Skripal məlum edib ki, vaxtilə onunla birgə Rusiyanın hərbi kəşfiyyatında çalışmış Hərbi Dəniz Donanmasının zabiti Qərbin xüsusi xidmət orqanlarına informasiya ötürərkən tutulub və 2004-cü ildə rus kəşfiyyatı tərəfindən sorğu-sual edildiyi hospitalda ölü halda tapılıb.
“Çox güman ki, o boğularaq öldürülüb. Rəsmi versiya intihar olsa da, onun barmaqlarının bir neçəsi kəsilmişdi ki, bu da nöqsansız olaraq, qorxulu ismarıc hesab edilə bilər”, deyə qeyd olunub.
Skripal SSRİ-nin dağılmasından böyük təəssüf hissi keçirib və prezident Boris Yeltsinə qarşı aşırı nifrət hissi bəsləyib
The New York Times-ə görə, Almaniyanın Deutsche Welle nəşri isə yazır ki, britaniyalıların kəşfiyyatı Skripalın bu cür taledən qaça bildiyini qət edib. Belə ki, Rusiyadakı sorğu-sual zamanı o, korrupsiya şəbəkəsi barədə heç nə deməyib, hansı ki, bu şəbəkə birbaşa Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru – Rusiya təhlükəsizlik şurasının hazırkı katibi Nikolay Patruşevə bağlı olub.
“Skripalla müsahibə Mark Urbanın “Skripal işi. Rusiya casusunun həyatı və demək olar ki, ölümü” ("The Skripal Files: The Life and Near Death of a Russian Spy") kitabında yazılıb. Müsahibədə nəyə görə Skripalı zəhərləməyə cəhd ediblər sualına cavablar axtarılmır. Lakin bununla yanaşı, orada keçmiş kəşfiyyatçının-Britaniya kəşfiyyatının informatoru – casusunun bu günkü həyatının mənzərəsi tam şəkildə əks olunur”, The New York Times yazıb.
Qeyd olunur ki, Skripal SSRİ-nin dağılmasından böyük təəssüf hissi keçirib və prezident Boris Yeltsinə qarşı aşırı nifrət hissi bəsləyib. O, Urbana deyib ki, Rusiya Federasiyasına sədaqət andı içməkdən yayınmağı bacarıb.
Madridə və oradan da Britaniyaya aparan kəşfiyyat yolu
“1992-ci ildə o, Rusiyanın hərbi kəşfiyyat (“QRU”) generalı ilə görüş xahiş edib və yeni hökumətə işləmək istəmədiyi ilə bağlı istefa ərizəsini təqdim etməyə cəhd göstərib. Lakin bu idarədə peşəkar zabit qıtlığı olduğu və onlara böyük ehtiyac duyulduğu üçün Skripalın ərizəsi qəbul edilməmiş qalıb. Bunun yerinə isə ona Madriddə işləmək üçün “isti yer” təklif olunub”, deyə məqalədə bildirilir.
Yazıda qeyd olunur: “Skripal İspaniyada gözləmə mövqeyində olan agent özəyinə dəstək göstərməli idi. Belə ki, bu özəkdən müharibənin başlayacağı halda istifadə ediləcəkdi. 1993-cü ildə - ispan dilinin öyrənilməsi üzrə sürətli kursu başa çatdırdıqdan sonra Skripal ailəsi ilə birgə Madridə gedərək, orada fəaliyyət göstərən səfirlikdə elm və texnika üzrə katib vəzifəsində çalışır. Məhz orada “QRU”ya yol axtrışında iddialı olan Mİ6-nın hədəfinə düşür. Skripalın Madriddəki mövcudluğunun sonlarına yaxın dövrdə -1996-cı ildə Britaniya kəşfiyyatının gənc agenti, kod adı Riçard Bengell olan şəxs onunla təmas yarada bilir. Skripalın sözlərinə görə, hələ Madriddə olarkən o, xarici ölkədə yaşamaq, işgüzar münasibətlər qurmaq, pul qazanmaq və ən nəhayət, “QRU”dan getmək fikrinə düşmüşdü. Bu baxımdan o, Mİ6-nn informatoru olmağa razılıq vermişdi”.
Skripal: “Bu zabitlər süni qaydada xərcləri şişirdir, saxta məruzələr yazır və əldə etdikləri vəsaitləri özləri ilə birgə, onlara hamilik edən yüksək rütbəli zabitlərlə bölürdülər”
“Tezliklə Skripal britaniyalılara “QRU”nun Madriddəki mənzil-qərargahında sistemli korrupsiyasıyla bağlı informasiyasını ötürüb, hansı ki, həmin vaxtlar sovetlər zamanının qayda-qanunu zəfiləmişdi”, deyə yazan nəşr daha sonra qeyd edib ki, o, (Skripal) Mİ6-ya bəzi zabitlərin şəxsi məlumatlarını çatdırıb: “Bu zabitlər süni qaydada xərcləri şişirdir, saxta məruzələr yazır və əldə etdikləri vəsaitləri özləri ilə birgə, onlara hamilik edən yüksək rütbəli zabitlərlə bölürdülər. Britaniya hökuməti Skripaldan əldə etdiyi informasiya vasitəsi ilə İspaniya kəşfiyyatına yardım etməyi planlaşdırıb və britaniyalılar ispanlara Hərbi Dəniz Donanmasının zabitini verbovka etmək köməkliyi göstərib. Bu həmin zabitdir ki, sonradan Rusiyanın hərbi hospitalında ölü tapılmışdı”.
“Ktabda təsdiq olunur ki, Skripalın Mİ6-dakı kuratorları ona sığınacaq təklif etsələr də, o Rusiyaya geri-dönməyi tərcih edib və iki aydan sonra həbs olunub”, deyə The New York Times qəzeti yazır. Skripal Urbana müsahibəsində Rusiya rəhbərliyindən ehtiyat etdiyini və çəkindiyini də etiraf edib: “Urbanla 10 saata yaxın davam edən bir neçə müsahibədən sonra, Skripal deyib ki, kitab çıxandan sonra öz həyatının təhlükəsizliyindən ehtiyat edir. “Bu, Putinə görədir” – deyə o Urbana bildirib. “Bilirsiniz, biz Putindən qorxuruq”, Skripal etiraf edib”.
Qeyd edək ki, Skripal işi Böyük Britaniya ilə Rusiyanın diplomatik münasibətlərinə ciddi təsir göstərib və qarşı tərəflər bir-birlərini ən sərt şəkildə ittiham etməkdə davam edirlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB