Vidadi İsgəndərlinin parazitdən fərqi varmı? ŞƏRH

Vidadi İsgəndərlinin parazitdən fərqi varmı? ŞƏRH

Hafiz Hacıyev: "Vidadi İsgəndərlidə normal adam davranışları mövcud deyil"

Çoxları parazitin nə olduğunu bilir. Bu, elə bir umumi məhfumdur ki, tərəvəz məhsullarını və meyvələri içindən yeyir. İnsan vücuduna mübtəla olan parazitlər də olur. Bu halda vay parazitin hədəfinə tuş gələn insanın halına. Parazitin hesabına insan şam kimi tədricən əriyəcək, bununla da həyatını və ömrünü yelə vermiş olacaq. Sual yaranır, parazit nədir və necə yaranır? Tibb elminin gəldiyi qənaətə görə, ziyanvericinin iki növü- parazitlik və ya parazitizm növləri mövcuddur. Onların arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) kimi istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm, yırtıcılardan fərqli olaraq, növlərin dar çərçivədə ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsil vermək ehtimalı da artar. Sübuta yetrilən faktlara istinadən demək olar ki, bu gün dağıdıcı müxalif ünsürlərinin və onaların əməkdaşlıq etdikləri xaricdəki "sapı özümüzdən olan baltalar" funksiyasını yerinə yetirən "mühacir"lərin bütün vücudlarına parazitlər hakim kəsliblər. Nədəndir ki, Azərbaycanın beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, iqtisadi, siyasi və hərbi uğurları onların canlarına üşütmə salıb, qəlblərini parçalayıb.

Tora düşüb, canlarına parazit dolunca...

Bu baxımdan, içlərini parazit didə-didə, parçalaya-parçalaya biri Hollandiyada, ikincisi Fransada, digəri isə İsveçrədə tapşırıq, göstəriş yerinə yetirə-yetirə avara-sərgərdan ömür yaşayırlar. Halbuki Azərbaycanda özlərinə biznes, rahat həyat şəraiti yaradıb, firavan və təhlükəsiz

ömür sürürdülər. Tora düşüb, canlarına parazit dolunca, xaricə üz tutdular. Yaşamağa yer, qarınlarını doyurmağa pul tapa bilmədikdə, xarici maraqlı dairələrin sifarişlərini yerinə yetirməyə və Azərbaycan əleyhinə şər və böhtan kampaniyasının icraçılarından olmağa başladılar. Leyla və Arif Yunuslar, Xədicə İsmayıl, Ələkrəm Hümmətov, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Azər Kazımzadə, Emin Milli və digərləri azərbaycanlı adını daşısalar da, sosial şəbəkələrdə ermənilərin mövqeyindən çıxış edərək, ölkəmiz haqqında təxribat kampaniyası aparırlar.

Fikir verin, zatıqırıq imici ilə ad qazanmış Orduxan Teymurxan həyat yoldaşının vətəni olan Niderlandın maraq və mənafeyni qoruduğu və bəzən bu istiqamətdə şivən qopartdığı halda, doğulub boya-başa çatdığı Cəbrayıl rayonunda ermənilərin törətdikləri vəhşiliklərdən danışmır, dillənəndə də, erməni lobbisinin tapşrığına uyğun olaraq, işğal olunan ərazilərdə erməni qətliamlarının baş vermədiyini söyləyir. Bu, üzüdönüklük deyilmi, bu satqınlığa və xəyanətə boyun əymək deyilmi? Bir qarşın yemək nə böyük problem oldu ki, Vətəninə düşmən kəsiləsən, xalqına şər və böhtan atasan.

Vidadi İsgəndərlidə psixoloji pozğunluq xəstəliyi aşkarlanıb

Azərbaycana qarşı qara piarlarda vasitə kimi istifadə edilən bu satqınların yaşadığı yer elə çirkinliklərinin təqdim olunduğu iaşə obyektləri, avtobus dayanaqcaqları və tualetlərdir. Elə bəzən oralarda yatır, qidalanır, sonra da ağızlarından zibil tullayırlar. V.İsgəndərli deyilən məxluq özünə-sözünə fikir vermədən ölkəmiz haqqında əxlaqına və mənaviyyatına uyğun açıqlamalar verməyi, videolar paylaşmağı adi hala çevirib. İnternet istifadəçilərində bəzən belə bir sual yaranır: V.İsgəndərli deyilən ipləmə dəlimi olub və ya psixi xəstəliyəmi mübtəla olub? Birmənalı şəkildə, ilk öncə, onu demək olar ki, V.İskəndərlidə şizofrinik diaqnoz əlamətləri mövcuddur. İkincisi də, hələ həbsxanada olduğu zaman onda psixi pozğunluq əlamətləri aşkarlanmış və üç ay pentensiar xidmətin xəstəxanasında müalicə olunmuşdur. Mövcud faktı "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev də təsdiqləyib, Bildirib ki, V.İsgəndərlidə normal adam davranışları mövcud deyil: "O, məni söyür. Eləsin, mən öyrəşmiş adamam. Vidadi İsgəndərli Avropada oturaraq, xalqımızın mentalitetinə yad fikirlər səsləndirir. Bir il bundan öncə, deyirdi ki, mən Azərbaycan vətəndaşlığından çıxıram, azərbaycanlı deyiləm. O zaman niyə Azərbaycan xalqına müraciət edir? Özü "maşennik" olub. İşlədiyi dövrdə nə işlərlə məşğul olub, bunu da hamı bilir. Sosial şəbəkələrdə bu işi görənləri təhqir etmək əvəzinə, onun özünün videosunu qoyub baxmaq lazımdır".

H.Hacıyev V.İsgəndərlinin ailəsinə belə hörmət göstərmədiyini bildirib: "Bu adam qızını, ailəsini də siyasi gündəmə gətirir. Görün, o, nə qədər tərbiyəsizdir ki, qızını da gündəmə gətirir. O, bu yolla xarici dövlətlərdən, agentliklərdən daha çox pul almağa çalışır. O adama baş qoşmaq lazım deyil. O, Qərbin əli altında alətə çevrilərək qarışıqlıq yaratmaq istəyir".

Bir sözlə, təsdiq olunan faktlar ondan ibarətdir ki, xaricdə köç salıb, Azərbaycan dövləti və xalqı əleyhinə iş aparanlar, bu və ya digər formada xəstədirlər. Xəstə isə müalicə olunmalıdır. Müalicə olunmurlasa, deməli, xarici agenturanın burda məqsədi var...

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə