“İnvestorlar iqtisadiyyatımıza vəsait yatırmağa ehtiyat edirlər” Nikol Paşinyan

“İnvestorlar iqtisadiyyatımıza vəsait yatırmağa ehtiyat edirlər” Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gündən başlayaraq siyasi güclərlə işgüzar məsləhətləşmələrə başlayıb. SİA xəbər verir ki, o, bu barədə şəxsi Feysbuk səhifəsində yazıb.

“Bu gündən başlayaraq, biz növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün işgüzar görüşlərə başlayırıq, hansı ki, bu görüşlər tez bir zamanda rəsmi məsləhətləşmələr olacaq və mən ümid edirəm ki, bizə parlament gücləri ilə razılığa gəlməyimiz mümkün olacaq”, deyə erməni baş nazir bəyan edib.

Paşinyanın sözlərinə görə, növbədənkənar seçkilər vacibdir: “Belə ki, bir çox investorlar siyasi sabitliyə önəm verirlər, lakin onlar hələ ki, respublikanın iqtisadiyyatına vəsaitlər yatızdırmağa ehtiyat edirlər. Bundan əlavə, erməni ictimaiyyəti də seçki məsələsini prioritet hesab edirlər”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə