Jerar Depardye Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib
Məşhur fransız kino aktyoru Jerar Depardye Azərbaycana gəlib. SİA-nın məlumatına görə, J.Depardye bu gün ilk olaraq Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Fransız aktyora Fəxri Xiyabanda dəfn olunan mədəniyyət və incəsənət xadimləri haqqında məlumat verilib. Bunun ardınca isə J.Depardye Şəhidlər Xiyabanını ziyarət edib.
Qeyd edək ki, bu gün - dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aktyorun çıxışı planlaşdırılıb. O, IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində teatr səhnəsində nümayiş olunacaq J. Bizenin "Karmen" operasından əvvəl səhnəyə çıxacaq və Prosper Merimenin "Karmen" novellasından parçalar ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB