BMT-nin baş katibi tərəfləri etimad yaratmaq üçün addımlar atmağa çağırıb

BMT-nin baş katibi tərəfləri etimad yaratmaq üçün addımlar atmağa çağırıb
BMT Baş katibi Antonio Guterres, sentyabrın 26-da ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır. SİA-nın xəbərinə görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi tərəfindən açıqlanan bəyanatda deyilir. Bəyanatda bildirilir ki, baş katib Ermənistan-Azərbaycan sərhədində təmas xətti boyunca baş verən hadisələrdən narahatçılığını bölüşür. O, həmsədrlərin mühüm vasitəçilik səylərində BMT-nin tam dəstəyini ifadə edərək, tərəfləri etimad yaratmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün lazımi siyasi iradəni gücləndirmək üçün addımlar atmağa çağırıb.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə