"Azərbaycan kosmik sənayesi sahəsində dünyadakı mövqelərini möhkəmləndirir" AÇIQLAMA-ÖZƏL
"“Azərspace 2” peykinin orbitə buraxılması Azərbaycanın peyk sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırdığının göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Ölkəmizin digər sahələrdə olduğu kimi kosmik sənayesi sahəsində də dünyadakı mövqelərini möhkəmləndirdiyini deyən deputat bildirib ki, artıq digər ölkələr Azərbaycanın peykinə olan marağı artmaqdadır: “Əgər vaxtilə Azərbaycan digər peyklərdən istifadə edirdisə, hazırda öz peykimizə sahib olmağımız iqtisadi cəhətdən də bizə xeyr gətirir. Belə ki, başqa ölkələrdən kommunikasiya sahəsində asılılığımızın aradan qaldırılması bu sahəyə verilən valyutaların ölkəmizdə qalması deməkdir”.
“Azərspace 2” peykinin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfə olduğunu deyən C.Osmanov qeyd edib ki, peyklərin orbitə çıxarılması infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması böyük əhəmiyyətə malikdir: “Lakin burada ən əsas məsələ ölkəmizin təhlükəsizliyi məsələsidir ki, Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində peyklərin xüsusi rolu var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB