Somali piratları Liberiya gəmisini qaçırıblar

Somali piratları Liberiya gəmisini qaçırıblar

Somali piratları növbəti gəmini qaçırıblar. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, gəmi Liberiyaya məxsus 24 ekipaj üzvü olan yük gəmisidir. Avropa İttifaqının anti-pirat qüvvələri MV Renuar gəmisinə Hind Okeanında hücum ediblər.

MV Renuar hücumdan yayınmağa çalışıb, lakin piratlar kiçik-çaplı silahlar və qumbaraatanlardan atəş açdıqdan sonra gəmini ələ keçiriblər. Avropa İttifaqına məxsus qüvvələr bildirir ki, gəmi Somalidən daha çox Hindistana yaxın nöqtədə qaçırılıb.

Hadisə Somali sahillərindən 2000 kilometr aralıda baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə