Çingiz Əsgərov: “Avropa Məhkəməsi fəaliyyətini effektiv qura bilməyib”
"Şikayətlərin sayı o qədər artıb ki, Avropa Məhkəməsi fəaliyyətini effektiv qura bilməyib. Qəbul olunmayan şikayətlərin sayı isə 33 mindir. Avropa Məhkəməsinin qərarlarının 90 faizi şikayətə baxılmasının qeyri-mümkünlüyü ilə bağlı olur". Bunu SİA-ya açıqlamasında Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. O, Avropa Konvensiyasının bir neçə dəfə dəyişikliyə məruz qaldığını bildirib. Belə ki, sonuncu dəfə 14-cü protokol qəbul olunub ki, bu da Avropa Məhkəməsinə edilən şikayətlərə baxılması qaydalarının asanlaşdırılmasını nəzərdə tutur.
2009-cu ilin hesabatını açıqlayan Ç. Əsgərov deyib ki, qərarların çıxarılması üçün seçilmiş işlərin sayı 129 min olub. Bu da 2008-ci illə müqayisədə 23 faiz çoxdur: "Ötən il Avropa Məhkəməsinə 57 min şikayət daxil olub ki, bu rəqəm də bir il əvvəllə müqayisədə 15 faiz çoxdur. Ümumiyyətlə, Avropa Məhkəməsinə daxil olan şikayətlər hər il 15-20 faiz artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB