Bu gün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı Nümayəndəliyi ilə birgə 10 dekabr- İnsan hüquqları gününə həsr olunan dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, "Səsimizi ucaldaq, diskriminasiyaya son qoyaq" mövzusunda keçirilən tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin BMT-nin Əhali Fondunun (UNFPA), Uşaq Fondunun (UNİCEF), Elm, Təhsil, Elm və Mədəniyyət Təşkilatı üzrə (UNESCO) üzrə Milli Komissiyadan nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BMT-nin İctimai İnformasiya Departamentinin (UNDPİ) Azərbaycan nümayəndəliyinin ictimai informasiya üzrə icraçısı Araz Yusubov bildirib ki, 10 dekabr- İnsan Hüquqları Günü 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsi gününə uyğun gəlir. Onun sözlərinə görə, mövzusu "Səsimizi ucaldaq, diskriminasiyaya son qoyaq" olan builki tədbir İnsan Hüquqları Günü əsas diqqəti öz hüquqlarını və digərlərinin hüquqlarını qorumağa çalışan, hüquqları insanların həyatında reallığa çevirməyi qarşılarına məqsəd qoyan cəsarətli qadın və kişilərə, hüquq müdafiəçilərinə yönəldir.
Tədbirin davamında çıxış edən Ombudsman Aparatının əməkdaşı Yeganə Cəfərova vurğulayıb ki, insan hüquqlarının qorunması, diskriminasiyanın təmin olunması hər zaman müvəkkilin diqqət mərkəzindədir. O bildirib ki, ombudsmanın öz fəaliyyətində bu məsələlərə xüsusi diqqət yetirilir: "Hər bir insan cəmiyyətdə ayrı-seçkiliyə yolvermədən yaşamaq, azad fəaliyyət göstərmək hüququna malikdir. Ailədə qadına, ahıla olan diskriminasiyalar aradan qaldırılmalı, gender bərabərliyi problemi öz həllini tapmalıdır".
BMT-nin Əhali Fondunun (UNFPA) baş müşaviri Fərid Babayev "İnsan hüquqları və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, cəmiyyətdə qadınların hüquq pozuntuları daha çox sosial-iqtisadi mühitdə baş verir. Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqlarına dair Sənəddə də gender bərabərliyi məsələsi əsas götürülüb və bu problemin aradan qaldırılmasından ötəri mühüm tədbirlər həyata keçirilib.
Tədbirin davamında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhərmanova, UNİCEF-in uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə, və başqaları mövzu ətrafında öz fikirləini bildirib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB