Türkiyə prezidentinin səfər proqramı açıqlanıb

Türkiyə prezidentinin səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə ilə Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanı Türkiyənin rəsmi şəxsləri yola salıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar da prezident Ərdoğanla birlikdə Bakıya səfər edib.

Qeyd edək ki, Ərdoğan bu gün Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtımızda keçiriləcək tədbirdə iştirak edəcək. Türkiyə Prezidenti səfər zamanı keçirəcəyi görüşlərdə iki ölkə arasında strateji əlaqələrin və işbirliyinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə