Erməni Milli Konqresinin əlaqələndiricisi: “Yeganə çıxış yolu Serj Sarkisyanın istefasıdır”

Erməni Milli Konqresinin əlaqələndiricisi: “Yeganə çıxış yolu Serj Sarkisyanın istefasıdır”

"Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beştərəfli bəyanat diplomatik uğursuzluq hesab edilə bilər". SİA-nın verdiyi məlumata görə, bu sözləri Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Azərbaycanın iştahası getdikcə artır və rəsmi Bakı Ermənistanın daha da geri çəkilməsini gözləyir.

 

İndiki dövrdə Serj Sarkisyan hakimiyyətinin Ermənistanın təhlükəsizliyini təhlükə altına qoyduğunu deyən L.Zurabyan bildirib ki, yeganə çıxış yolu olun istefasıdır. O, vurğulayıb ki, Erməni Milli Konqresi erməni xalqının hüquqlarının müdafiəsi və hakim rejimi devrilməsi uğrunda mübarizəni davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə