Ermənistan Gürcüstandan quru yolu ilə buğda daşıya bilməyəcək TAXIL BÖHRANI
“Gürcüstandan Ermənistana quru yolu ilə taxıl idxalatı problemi hələ də çözülməyib. Yükdaşıyanlar gürcü tərəfindən növbəti dəfə xəbərdarlıq alıblar ki, 14 sentyabrdan 15 sentyabra keçən gecədən başlayaraq, onlar buğda ilə yüklənmiş yük maşınları ilə gürcü sərhəddini keçə bilməzlər”. SİA xəbər verir ki, bu barədə 1in.am informasiya portalının iqtisadiyyat bölməsində qeyd olunub.
O da xatırladılır ki, daha öncə, Gürcüstan hökumətinin qərarına görə, 15 sentyabr tarixindən başlayaraq, bu ölkədən Ermənistana buğda idxalatının quru yolu ilə daşınmasına qadağa qoyulub. Eyni zamanda, Rusiyadan Ermənistana buğda idxalatı yalnız bir yolla – dəniz yolu ilə daşınacaq ki, bu da ekspeditor şirkətləri tərəfindən riskli qərar olaraq qiymətləndirilir.
Erməni portalı Cənubi Qafqaz dəmir yollarının mətbuat xidmətindən öyrənib ki, Ermənistana dəmir yolu ilə yüklərin daşınması 52% azaldılacaq. Bu qərar “Cənubi Qafqaz dəmir yolu” QSC və “Gürcüstan dəmir yolu” ASC tərəfindən verilib.
"Buğdanın 1 tonu 46-52 ABŞ dollarına qədər artacaq, çörəyin qiyməti bahalaşacaq"
Lakin bundan sonra, bəlli olub ki, problem heç də həll olunmamış qalıb. “Heç nə həll edilməyib və endirim haqqında danışılanlar nağıldır. Bu gün bizə yenidən məlumat veriblər ki, 14 sentyabr gecə saat 12-dən başlayaraq, avtomobillər Ermənistana daxil ola bilməyəcəklər. Biz, eyni zamanda dəmir yolu ilə əlaqə saxladır və oradan cavab verdilər ki, belə bir şey yoxdur, mən bilmirəm, 52% endirim barədə məlumat mətbuatda haradandır. Biz, bu barədə onlardan soruşduqda, onlar gülürlər və deyirlər ki, dəmir yolundan 100% gəlirimiz olduğu halda, 52% də endirim etməlidirlər? Hətta onlar 52% endirim etsələr belə, bizim hesablamamıza görə, buğdanın bir tonunun qiyməti 46-52 ABŞ dollarına qədər artacaq ki. Bu da çörəyin qiymətinin bahalaşması ilə nəticələnəcək. Quru yolu ilə dəniz yolu nəqliyyatı arasındakı fərq isə bir tona görə 140 dollar təşkil edəcək”, yükdaşıyanlardan bir nəfər erməni portalı ilə söhbətində deyib.
""İnqilabdan" sonra İnsanlar yük maşınları aldılar, indi isə kreditlərini ödəyə bilmirlər"
Onun sözlərinə görə, bu gün onlar artıq fakt qarşısında qalacaqlar, belə ki, “məxməri inqilabdan” sonra monopoliyanın aradan qaldırılması barədə fikirlər səslənəndən sonra, insanlar yük maşınları almağa başladılar. Onların məqsədi idxalat işinə qatılmaq idi. Lakin indi onlar fakt qarşısında qalıblar ki, aldıqları yük maşınlarının kreditlərini necə ödəsinlər.
Yükdaşıyan həmçinin bildirib ki, əgər bu məsələ qəti olaraq öz həllini tapmasa, onlar 15 sentyabrdan başlayaraq, etiraz aksiyaları keçirməklə, yük maşınlarının keçdikləri yolları bağlayacaqlar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB