“Kommersant”ın müxbiri erməni baş naziri ələ salıb FAKT

“Kommersant”ın müxbiri erməni baş naziri ələ salıb FAKT

Andrey Kolesnikov: “Paşinyandan onunla Moskvaya getmək üçün xahiş edənlərin hamısı buraya yığışıb”

Rusiyanın aparıcı media qurumu olan “Kommersant” qəzetinin xüsusi müxbiri Anderey Kolesnikov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşü ilə bağlı məqalə dərc edib. SİA xəbər verir ki, sözügedən məqalədə Paşinyanla bağlı hissələrdə əsasən, istehzalı fikirlərə yer ayıran rus jurnalist Kolesnikova görə, işlərinin çox olmasına baxmayaraq özünü həmin görüşə çatdıra bilib. “Hər halda, Vladimir Putinlə Nikol Paşinyanın danışıqlarına yetişə bildim”, deyə yazan “Kommersant”ın xüsusi müxbiri həmin görüşdə gördüklərindən təəccübləndiyini qeyd edib: “Onun nə qədər böyük nümayəndə heyətinin olmasına təəccübləndim. Kremlin nümayəndələr kabinetinə onun ardınca bir anda çox sayda insan daxil oldu. Prinsipcə mən anlayırdım ki, hələ az-çox “sülhpərvər inqilab” vaxtından bu adamlar təkbaşına gəzmirlər, çünki xalqın müqəddəratını həll edirlər... Lakin sonuncu dəfə Kremldə olmuş Çinin nümayəndə heyətinin sayı daha az idi... Görünür, hələ Yerevanda olarkən, cənab Paşinyandan onunla Moskvaya getmək üçün xahiş edənlərin hamısı buraya yığışıb”.

Kolesnikov eyni zamanda, jurnalistlərin az olması məsələsinə də toxunub: “Lakin jurnalistlər az idi, yalnız televiziya və fotomüxbirlər gəlmişdilər. Mən isə eşitmişdim ki, ixtisasca jurnalist olan erməni baş nazir onun baxışından çıxış edəcək hər kəslə işləyəcəyini bildirib. Ancaq akkreditə xarakteri şübhəli göründü. Elə mənə də...”.

“Kommersant”ın xüsusi müxbiri Paşinyanın şəxsi operatorunun və səs operatorunun davranışlarına da diqqət yetirib və oların özlərini vaxtilə Mixail Saakaşvilinin jurnalistləri kimi apardıqlarını qeyd edib.

Digər tərəfdən, Kolesnikov Paşinyanın Rusiya ilə münasibətlərin bundan sonrakı inkişafı barədə və hətta sosial şəbəkələrdə iki ölkə arasındakı münasibətlərin soyuqluğuna baxmayaraq, onlara ciddi yanaşmamalı olması barədə dediyi sözlərinə belə, Putinin bircə dəfə də olsa təsdiqləyici işarə vermədiyinə diqqət çəkib.

“Qəribədir ki, Rusiya Prezidenti hətta bir dəfə olsa belə, həmin ifadələri başı ilə təsdiq etmədi”, yazan rus jurnalist bundan sonrakı məsələdə Putinin təsdiq işarəsini bu cür ifadə edib: “Lakin bu o demək deyil ki, bizim münasibətlərimizdə suallar yoxdur!", - davam edən Paşinyanın həmin ifadələrindən sonra Vladimir Putin axır ki, həmin sözərlə razılaşıb”.

Kolesnikov sonda görüş barədə fikirlərini yekunlaşdırarkən, erməni nümayəndə heyətinin zalı tərk edərək, bəlkə də ilk dəfə əlində nimdaş və üzərinə “erməni konyakı” yazılmış qutu ilə daxil olduğunu yazıb və bununla həmin görüşdə Paşinyanın ciddi siyasətçi olaraq qəbul edilməməsinə işarə edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə