Paşinyan Putinlə görüşə "konyak"la gəldi

Paşinyan Putinlə görüşə "konyak"la gəldi

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşə "erməni konyakı" ilə gəlib. SİA-nın verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikovun məqaləsində yer alıb.

“Görüş zamanı Nikol Paşinyan danışarkən nümayəndə heyətinin üzvlərindən biri otaqdan yarım dəqiqəlik çıxıb. O otağa əlləri arxasında sarı qutu ilə daxil olub. Qutunun üzərində rus və yəqin ki, erməni dilində “ Erməni Konyakı” yazılmışdı”.

Xatırladaq ki, Putin-Paşinyan arasında görüş sentyabrın 8-də Moskvada baş tutub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə