Dünya düzənində baş verən hadisələr yeni-yeni proqnozlara yol açır və hazırda müharibə şəraitində olan bölgələr, bununla yanaşı dövlətlər arasındakı soyuqluq, bir çox sanksiyaların tətbiqi diqqət mərkəzindədir. Müxtəlif ölkələrin, ələlxüsus superdövlətlərin hadisələrə, bölgələrdə cərəyan edən proseslərə münasibəti sözsüz ki, daha böyük təsir gücünə malikdir. Məsələn, Rusiya kimi hərbi gücə malik olan bir ölkənin müharibə şəraiti hökm sürən Suriyaya münasibəti həmin bölgənin tale yüklü məsələsi belə hesab oluna bilər. Hətta bəzi hallarda belə nüfuzlu dövlətlərin digər ölkələrin münasibətinə təsir imkanları da təkzib edilə bilməz.
Ermənistanın Baş naziri erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndəriləcəyini bildirib
Son vaxtlar Suriyada yeni müharibə gözləntiləri heç də inkar edilə bilməz və sirr deyil ki, ruslar Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı hərbi əməliyyatlara hər an hazırdır. Məsələ burasındadır ki, Rusiyanın mövqeyini nəinki dəstəkləməkdən çəkinən, hətta ruslara tamamilə arxa çevirən Ermənistanın yeni hakimiyyəti son vaxtlar əl-ayağa düşüb və erməni əsilli döyüşçülərin ruslarla bir yerdə döyüşəcəklərini bildirir. Daha dəqiq desək, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərilə biləcəyini bildirib. Rusiyanın həmin ərazilərdə müharibə ehtimalı müzakirə mövzusu deyil, amma məxməri inqlabdan sonra ruslara tamamilə məhəl qoymayan, hər imkan olduqda Qərb diplomatiyasına meyilli olduğunu nümayiş etdirən ermənilərin indi də döyüşçülərini rus ordusuna birləşdirmək cəhdi, yəni vəziyyətə görə hər an mövqeyini dəyişə bilən erməni xisləti dünya ictimaiyyətini təəccübləndirməkdə davam edir.
Məlum olur ki, Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Ermənistanın yeni hakimiyyətinin bu qərarı hətta erməni KİV-lərində də öz əksini tapır. Daha doğrusu Ermənistan mətbuatında bu məsələ müzakirə mövzusuna çevrilib çevrilib desək bəlkə də fikrimizi tam şəkildə ifadə edə bilmərik. Çünki, erməni mətbuat səhifələrində bu məsələ müzakirədən də çox təşviqat xarakteri daşıyır və Rusiyaya yaltaqlanmaq niyyəti güdür. Məxməri inqlabdan sonra hakimiyyət kürsüsünü mənimsəyən Paşinyan hakimiyyəti indi rusların könlünü almaq üçün bu varianta əl atmaq qərarındadır. Bir sözlə, Ermənistanın yeni hakimiyyəti ruslara sədaqət nümyiş etdirmək üçün indi də öz ordusunun hərbçilərinin Rusiya Silahlı Qüvvələri tərkibində hərbi əməliyyatlarda iştirak edəcəyini bildirir.
Vəhşilik, vandallıq, terrorçuluq bu işğalçı dövlətin silahlılarının alnına yazılıb və harda olsalar vəhşiliklə müşaiyyət olunan qətliamlara imza atırlar
Əslidə ermənilərin Suriyada silahlılarının olması ilə bağlı fakt yenilik deyil. Ermənilərin Hələb və başqa şəhərlərdə müsəlmanlara, əsasən də mülki şəxslərə qarşı qətliam törətməsi barədə dəfələrlə məlumatlar, foto və video görüntülər dünyanın nüfuzlu media orqanlarında işıqlandırılb da. Dünya ictimaiyyəti bu kadrların, foto və videogrüntülərin şahididir. Vəhşiliklər, vandallıq, terrorçuluq bu işğalçı dövlətin silahlılarının alnına yazılıb və harda olsalar vəhşiliklə müşaiyyət olunan qətliamlara imza atdıqları tarixən öz təsdiqini də tapıb.
“Ərəb baharı” dönəmindən sonra Suriyada 100-150 min ermənidən ibarət hərbi birləşmələrin olduğu heç də sirr deyil və onların missiyasının nədən ibarət olduğunu xüsusilə vurğulamağa da dəyməz. Soyğunçuluq, terror, qətliamlar, ələlxüsus müsəlman əhalinin qətlə yetirilməsi erməni vandalları üçün göydəndüşmə şəns hesab olunur. Məhz bu mənada müsəlman ölkələrində müharibə şəraitinin olması erməni terror təşkilarları, daşnaqsütun üçün əlverişli şərait hesab olunur desək yanılmarıq. Çünki, bu terror təşkilatlarının bir nömrəli missiyası məhz müsəlman əhalinin qırılması hesab olunur.
Ermənistanın yeni hakimiyyətinin qərarı böyük ehtimalla daxildə etirazlara səbəb ola bilər
Nikol Paşinyanın erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndəriləcəyini bildirməsi nəinki dünya ictimaiyyəti tərəfindən, hətta erməni ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. Ola bilsin ki, dünya ictimaiyyəti buna müşahidəçi mövqeyi ilə kifayətlənə də bilər. Amma Paşinyanın bu hərəkətinin kütləvi etirazlarla qarşılanmayacağı hələ sual altındadır. Bir sözlə, yeni hakimiyyətin belə bir qərarı böyük ehtimalla daxildə etirazlara səbəb ola bilər.
Əgər ermənilər belə bir ordu, silahlı qüvvə imkanına malik idisə, niyə gedib Qarabağda döyüşməkdən, hətta hərbi xidmətdən boyun qaçırırdılar? İndi erməni əhalisi Dağlıq Qarabağa xidmət etməyə əsgər göndərə bilmir. Əvvəla, əsgərlərinin dövlət tərəfindən təminatsızlığına yaxşı bələddirlər. Digər tərəfdən də bu xalq özü də öz övladlarının qırğınından, ölümlərindən, nəticədə müharibələrdən cana gəlib. Bir neçə terror təşkilatının, vandallıq, vəhşilik siyasəti yürüdən daşnaqsütunların girovuna çevrilən əhali münaqişələrdən, savaşdan bezib. Bir zamanlar Qarabağı tələdəki yağlı tikə kimi erməni xalqına təqdim edənlərin bu xalqı qırğına, müharibələrə sövq etdiyi təkcə Ermənistan ictimaiyyətinə deyil bütün dünyaya bəllidir. Belə olan halda, erməni xalqı necə razı olar ki, öz balalarını Suriyada döyüşə göndərsin? İndi tələdə nə var? Paşinyanın hakimiyyət kreslosu, yoxsa bu kresloda əyləşən beli çantalı küçə nümayişçisinin Rusiya ilə münasibətlərini normallaşdırmaq arzusu?
Paşinyanın vəziyyəti bataqlıqda çabalayan və çabaladıqca boğulmaq təhlükəsi daha da artan kimsəni xatırladır
Öz ordusunda xidmət etməkdən boyun qaçırmaq intihar cəhdlərinə belə baş vuran erməni hərbi qulluqçularının gedib Suriyada döyüşəcəyinə Paşinyan özü inanırmı? Bu manipulyator görəsən Suriyaya döyüşə kimi göndərəcəyi barədə heç düşünübmü? Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa çalışan Nikol bəs belə bir qərardan sonra Suriyaya göndərməyə əsgər, döyüşçü tapmasa o zaman Rusiya qarşısında hansı durumda qalacağının fərqindədirmi?
Doğrudur, Qərb diplomatiyasının oyuncağı olan Paşinyan məxməri inqlabdan sonra, daha doğrusu hakimiyyət kürsüsünü ələ keçirdikdən sonra ona baş nazir kimi vəzifəni bağışlayanlara borclu olduğunu dərk edərək daim xidmətlərində duracağı vədi ilə çıxış etdiyindən və Rusiyaya arxa çevirdiyindən bu vaxta qədər böyük qardaş, havadar hesab etdikləri, ətəyindən tutduqları rusları qəzəbləndirdiyinin fərqindədir. İndi məhz bu səbəbdən erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndəriləcəyini bildirməsi də Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa xidmət edir. Lakin, Ermənistan əhalisinin bu qərarla razılaşmyacağını və heç Qarabağa əsgəri xidmətə göndərmədikləri balalarını Paşinyana qurban verməyəcəklərini nəzərə alsaq Paşinyanın tezliklə hansı duruma düşəcəyini təşmin edə bilərik. Digər tərəfdən Rusiya kimi əsrlərlə mövcud olan bir ölkəni bir neçə ay öncə hakimiyyət kreslosunu ələ keçirən bir avantüristin aldada biləcəyi də heç inandırıcı görünmür. Əksinə, çox güman ki, ruslar Ermənistanın yeni hakimiyyətinin bu qərarını heç hesaba belə almır və bunu təəssübkeşlik, sədaqət deyil növbəti hiylə, erməni xisləti kimi qəbul edir. Nəticədə Nikolun bu gedişi fayda vermək əvəzinə daxili auditoriyada yaratmaq istədiyi öz imicinin itməsini, yalandan formalaşdırdığı demokrat, erməni xalqına xidmət edən təəssübkeş maskasının yırtılmasını sürətləndirir. Ermənistan, daha doğrusu ölkənin yeni baş naziri erməni əsgərlərini Suriyaya göndərə bilməsə də, özü-özünü çıxılmaz vəziyyətə salacaq. İndi Paşinyanın vəziyyəti bataqlıqda çabalayan və çabaladıqca boğulmaq təhlükəsi daha da artan kimsəni xatırladır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB