Şahlar Əsgərov: “Məktəbi qurtaran oğlanlarımız qadın xasiyyət olacaq, çünki məktəblərdə kişi müəllim yoxdur” - MÖVQE

Şahlar Əsgərov: “Məktəbi qurtaran oğlanlarımız qadın xasiyyət olacaq, çünki məktəblərdə kişi müəllim yoxdur” - MÖVQE
"Qadınların kişilərə nisbətən pedaqoji ixtisaslara daha çox maraq göstərməsi 1995-ci ildən başlayıb. Hələ 1995-ci ildə psixoloq Əbdül Əlizadə bir şeydən narazı olduğunu deyirdi ki, məktəbi qurtaran oğlanlarımız qadın xasiyyət olacaq, çünki məktəblərdə kişi müəllim yoxdur. Qadın saçın sığallayar, ətir vurar, bir müddədən sonra gənclər də saçın sığallayıb, ətir vurar. Onun əlində qabar izi görünməyəcək". Bu barədə SİA-ya açıqlamasında pedaqoji işçilərin 95%-nin qadınlardan təşkil olunmasına münasibət bildirən təhsil eksperti Şahlar Əsgərov deyib. O bildirib ki, bu çox təhlükəli məsələdir. Onun sözlərinə görə, kişi müəllimlərin sayı qadın müəllimlər qədər olmalıdır və ən azından idman. əmək, fizika, riyaziyat kimi fənlərdə kişi müəllimlər üstünlük təşkil etməlidir.

Ancaq kişinin müəllimlikdən əlavə bir funksiyasının da olduğunu deyən Ş.Əsgərov vurğulayıb ki, o həm də ailə başçısıdır.
"Əgər kişi aldığı maaşla ailəsini saxlaya biləcəksə, o, özünü bu işə sərf edə bilər. Amma aldığı maaşla ailəsini dolandıra bilmədikdə deyəcək ki, mən niyə fizika dərsi deyirəm, ondansa gedib binalarda elektrik çəkərək ayda 500 manat pul qazanaram. Bunların hamısı bir-birinə bağlıdır və kompleks həll olunmalıdır. Biz Şərq ölkəsiyik və burada ailənin modeli belədi. Kişi pulu gətirməlidir, qadın isə evdə ocaq qalamalı, uşaqları böyütməli vəgələcək üçün lazımli şəxsiyyət yetişdirməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə