Ərdoğan İranda keçiriləcək sammitə qatılacaq

Ərdoğan İranda keçiriləcək sammitə qatılacaq

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan sentyabrın 7-dә İrana sәfәr edәcәk. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dövlәt başçısı sәfәri çәrçivәsindә Rusiya prezidenti Vladimir Putin vә İran prezidenti Hәsәn Ruhani ilә bir araya gәlәcәk. Görüşdә İdlib mәsәlәsi başda olmaqla Suriyadakı son vәziyyәtin müzakirә olunması gözlәnilir.

Tehranda keçiriləcək Suriya məsələsi ilə bağlı "Türkiyə-Rusiya-İran üçtərəfli sammiti" İran prezidenti Həsən Ruhaninin ev sahibliyi ilə reallaşacaq.

Sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə