Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində türkdilli xalqların 100 görkəmli şəxsiyyətinə həsr olunmuş layihə yaratmağı təklif edib. SİA-nın Qırğızıstanın “Kabar” agentliyinə istinadən verdiyi xəbərə görə, Nazarbayev bildirib ki, bu layihə türkdilli xalqların zəngin tarixinin gələcək nəsillərə ötürülməsi baxımından yaxşı platforma olmaqla yanaşı, xalqların birliyini əks etdirəcək.
İdeyası haqqında məlumat verən dövlət başçısı söyləyib ki, layihəyə ilk olaraq şair Yunis Əmrə, filosof Al-Farabi və yazıçı Çingiz Aytmatov daxil olmalıdır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB