Müxalifət düşərgəsində İlqar Məmmədov xofu SİYASİ RAKURS

Müxalifət düşərgəsində İlqar Məmmədov xofu SİYASİ RAKURS

Yaxud, “REAL” sədrinin çıxdaş olunması planları varmı?

Hazırda radikal düşərgədə ən çox danışılan mövzulardan biri “REAL” partiyasının sədri İlqar Məmmədovla bağlıdır. Belə ki, bun gün özlərini müxalifətin “anası” hesab edən siyasi təşkilat rəhbərlərini düşündürən əsas sual budur ki, İ.Məmmədov sədri olduğu partiyasını bu və ya digər şəkildə düşərgənin aparıcı təşkilatına çevirə biləcəkmi? Və ya onun bu planlarına nail olmaması üçün nə etməli?

Hətta bu təşkilatlar yaranarkən, iddialar irəli sürülüb ki, onlar müxalifətə yeni siyasi nəfəs gətirəcək, köhnə düşüncəli partiyaları sıradan çıxarmağa nail olacaqlar…

Əslində daha bir reallıq budur ki, ənənəvi düşərgədə uzun illər davam edən hərc-mərcliklər, intriqalar və qarşıdurmalar zaman-zaman bir sıra yeni müxalifyönlü siyasi təşkilatların yaranmasına səbəb olub. Xüsusilə, parlament və president seçkiəri ərəfəsi və sonrası siyasi ictimaiyyət bu cür halların şahidlərinə çevrilib. Hətta bu təşkilatlar yaranarkən, iddialar irəli sürülüb ki, onlar müxalifətə yeni siyasi nəfəs gətirəcək, köhnə düşüncəli partiyaları sıradan çıxarmağa nail olacaqlar. Lakin fakt budur ki, belə iddiaların heç biri gerçəkləşmədi. Misal üçün, AXCP-dən, Müsavatdan ayrılan və siyasi partiyalara, hərəkatlara çevrilən bir sıra qurumlar sonradan passivləşərək, bir kənara çəkildilər. Buna missal olaraq, “AzDP”, “ACP”, “GAP”, “Ağ Partiya”, “ADR” hərəkatı və s. təşkilatları göstərə bilərik.

Nəinki Əli Kərimli, eləcə də Müsavat başqanı Arif Hacılı və başqaları da eyni halı yaşamaqdadırlar

Ancaq “REAL” sədri İ.Məmmədovun ortalığa çıxması bu məsələdə az-çox fərq edir. Daha dəqiq desək, onun ətrafında daha çox sz-söhbətlər mövcud idi ki, məhz bu amil onun həbsdə olmasına rəğmən, düşərgə “liderləri” arasında mövqeyini möhkəmləndirmişdi. Görünür, bu səbəbdən, İ.Məmmədov faktoru digər müxalifət partiya rəhbərlərini xoflanndırır və onlar daha ehtiyatlı davranmağa başlayıblar. Elə də uzağa getməyərək, sonuncu prezident seçkilərində hətta İ.Məmmədovun həbsdə olmasına baxmayaraq, AXCP sədri Əli Kərimlinin sosial şəbəkə vasitəsi ilə sorğu təşkil etdirməsini, sosial şəbəkədəki qruplarının müdaxilələrinə rəğmən, həmin sorğuda opponentinə uduzmasıdır. Ona görə də nəinki Ə.Kərimli, eləcə də Müsavat başqanı Arif Hacılı və başqaları da eyni halı yaşamaqdadırlar.

“REAL” müxalifəti dəyişdirəcəyini iddia edir?

Bu arada, “REAL” partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli mətbuata verdiyi açıqlaması ilə eyham vurub ki, onlara qarşı düşərə daxilindən olacaq hücumlar nəticəsiz qalacaq. SİA xəbər verir ki, bununla bağlı fikirlərini bildirən N.Cəfərli müxalifətin zəifliyini və uğursuzluğunu da bilavasitə ənənəvi “liderlərin” günahı olması ilə əlaqələndirib. Misal üçün, o dolayı yolla bildirib ki, AXCP və Müsavat kimi partiyalar öz tərəfdarları ilə yanaşı, hər kəsi özünküləşdirməyə çalışıblar. Halbuki, bunu etmək mümkün deyil. “Biz iddia eləmədik və eləmirik ki, ölkədə hamını bir araya gətirəcəyik, hamını qucaqlayacağıq, hamını “REAL” partiyasının üzvü edəcəyik”, deyə bildirən N.Cəfərliyə görə, hamını partiya üzvü və tərəfdaşı etmək mümkün deyil. Digər məqsədləri ətrafında da fikirlərini açıqlayan Cəfərli əsas planlarından birinin də müxalifətin dəyişdirilməsi olduğunu bildirib. Söz yox ki, bu cür fikirlər düşərgədəki digər siyasi təşkilat rəhbərlərinin qıcıqlanmasına səbəb olub. Hər halda, növbəti siyasi mövsümdə ictimai rəy daha barışmaz və bir-birini həzm etməyən düşərgə “liderlərinin” savaşlarını izləməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə