Telekanalın operatoru qətlə yetirilib

Telekanalın operatoru qətlə yetirilib

Meksikanın Canal 10 telekanalının operatoru və reportyoru Xavyer Rodriqes ölkənin Kankun kurort şəhərciyində silahlı hücum nəticəsində öldürülüb. SİA xəbər verir ki, bu barədə Lifr.ru öldürülən media işçisinin tvitter sosial şəbəkəsindəki həmkarlarının yazdıqlarına istinadən məlumat yayıb.

“Dərin kədər hissi ilə bildiririk ki, xəbər komandamızın tərkib hissəsi olan operatorumuz Xavyer Todriqesi itirdik. Jurnalistin ailəsinə və dosatlarına dərin kədər hissi keçirdiyimizi billdiririk”, deyə Canal 10 başsağlığını yayımlayıb.

Bəlli olub ki, Xavyer Rodriqes və şəxsiyyəti məlum olmayan daha bir kişi killerlərin qurbanı olublar. Qətlin araşdırması ilə yerli polisin xüsusi şöbəsi məşğul olmaqdadır. Qətlin səbəbləri də hələlik məlum deyil.

O da xatırladılır ki, təkcə ötən il ərzində Meksikada 12 KİV təmsilçisi öldürülüb. “Sərhədsiz reportyorlar” təşkilatının hesablamalarına görə, Meksikada törədilmiş cinayətlərin əksər çoxluğu hələ də açılmamış qalır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə