Qızılağac Dövlət Qoruğunda “quş qrip”i ilə bağlı monitorinq keçirilib
Lənkəran rayonunun Xəzər dənizi sahillərində, Qızılağac Dövlət Qoruğu ərazisində "quş qripi" ilə əlaqədar monitorinq keçirilib. Lənkəran Baytarlıq İdarəsinin rəisi Kamal Abdinovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyi və Dövlət Baytarlıq Xidmətinin, həmçinin rayon Baytarlıq İdarəsi nümayəndələrinin birgə iştirak etdiyi monitorinq zamanı ərazidə ölü və xəstə quşlara rast gəlinməyib.
Nümunə üçün ovlanmış 6 ədəd quş yoxlanmaq üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. K.Abdinov növbəti monitorinqin bir aydan sonra keçiriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB