Müşfiq Ələsgərli: "Alman jurnalistin sualı ölkəmizə qarşı aparılan kampaniyanı ifşa etmiş oldu" MÖVQE-ÖZƏL
“Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin birgə mətbuat konfransı zamanı alman jurnalistlərindən birinin verdiyi sual əslində indiyədək ölkəmizə qarşı aparılan təbliğatın bütövlükdə ifşa etmək üçün bir arqument oldu. Hər şeydən hiss olunur ki, bu şəxslər ölkəmizə gəldikdə müəyyən kampaniyalara, hansısa güc mərkəzlərinə bağlı olurlar”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Mətbuat konfransında səslənən sualın əvvəlcədən kimlərsə tərəfindən hazırlandığını deyən sədr müavini söyləyib ki, belə halın ilk dəfə baş vermədiyini dilə gətirib: “Biz uzun illərdir ki, belə faktlarla rastlaşır və bu cür təxribatların əvvəlcədən hazırlandığını söyləyirik. Alman Kanslerinin ölkəmizə səfərindən öncə başlanan kampaniyanı buna misal göstərmək olar. Angela Merkel Azərbaycana gəlməmişdən 1 ay öncə müəyyən güc mərkəzləri ölkəmizə qarşı kampaniyalara başlamışdılar. Berlində və digər şəhərlərdə Azərbaycana qarşı ədalətsiz kampaniyalar həyata keçirilirdi. Hansı ki o güclər artıq uzun müddətdir ki, Azərbaycana qarşı mübarizə aparır və hər fürsətdən istifadə edirlər. Bu dəfə də belə oldu”.
M.Əlsəgərli söyləyib ki, Alman kansleri Angela Merkelin Azərbaycana səfərindən öncə hazırlanan kampaniya jurnalistin mətbuat konfransında səsləndirdiyi sualla tamamlanmalı idi: “Guya onlar bu sualla Azərbaycanı faktlar qarşısında qoymağa çalışırdılar. Lakin bu alınması. Çünki istənilən halda haqq öz yerini tapır. Məlum oldu ki, həmin şəxsin Azərbaycan haqqında nə təsəvvürü, nə də verdiyi sualın mahiyyətindən xəbəri var və müəyyən mərkəzlər tərəfindən hazırlanıb göndərilib. Bununla da Azərbaycan qarşı kampaniya aparan şəxslər ifşa olundu”.
Mətbuat konfransında sual verən şəxsin jurnalist olmasına şübhə ilə yanaşan Mətbuat Şurasının sədri deyib: “Sual verən şəxsin həqiqətən jurnalist olması və onun jurnalistika fəaliyyətinin hansı dərəcədə olması haqqında heç bir məlumatım yoxdur. Bunu yalnız ölkəmizə qarşı keçirilən kampaniyanın ifşa edən fakt kimi qəbul edirəm. Biz bu cür hallarla çox rastlaşırıq. Xüsusilə də beynəlxalq toplantılarda Azərbaycan haqqında heç bir məlumatı olmayan şəxslərin ölkəmizlə bağlı çıxışlarının şahidi oluruq. Budəfəki halın üstünlüyü onun ictimaiyyətin gözü qarşısında baş verməsi idi. Bununla də onların fəaliyyəti ifşa edildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB