İngilis dili müəllimlərinin onlayn kursu başlayır

İngilis dili müəllimlərinin onlayn kursu başlayır
Yanvarın 10-dan etibarən ibtidai siniflərdə ingilis dilinin onlayn tədrisi kursu başlayır. SİA-nın xəbərinə görə, bu 50 saatlıq innovativ kurs onlayn tapşırıqlar, başqa iştirakçılarla müxtəlif mövzularda müzakirələr aparmaq və müstəqil öyrənmədən ibarətdir. Müstəqil öyrənməyə tapşırıqlar, dərsin planlaşdırılması və özünüqiymətləndirmə daxildir.

Bütün fəaliyyətlər, tapşırıqlar, video və audio materiallar 5-12 yaşlı uşaqlara dərs demək üçün nəzərdə tutulub. Siniflərdə dərs zamanı çəkilmiş bir çox video materiallarda müxtəlif təlim texnikaları təqdim edilir. Kurs boyu sizə onlayn təlimçi dəstək olacaq.

Bu kursda iştirak etmək istəyən ingilis dili müəllimləri ad və soyadlarını, e-mail ünvanı, telefon nömrələri və iş yerlərinin adını 2010-cu il dekabr ayının 20-dək bu ünvana göndərə bilər: [email protected] Kursun qiyməti 60 manatdır və kurslar 10 yanvar tarixindən başlayacaqdır. Yalnız bütün tapşırıqları yerinə yetirən kurs iştirakçılarına təlim bitdikdən sonra sertifikat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə