Yaponiyada Atom Elektrik Stansiyasında yanğın baş verib

Yaponiyada Atom Elektrik Stansiyasında yanğın baş verib

Yaponiyanın Tsuruqa şəhərində fəaliyyət göstərən Atom Elektrik Stansiyasında güclü yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alışma nüvə reaktorundan 500 metr aralıda, radioaktiv tullantılar üçün nəzərdə tutulmuş anbarda baş verib. Yanğın 1 saat ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, radiasiya şüalanması təhlükəsi hələ d qalmaqdadır.

 

Qeyd edək ki, adıçəkilən reaktor 1970-ci ildə işə salınıb və ölkənin ən köhnə atom enerji obyekti hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə