Politoloq: “Ermənistan törətdiyi bütün əməllərinə görə cavab verəcək” AÇIQLAMA
“Bu erməni vandalizminin, erməni vəhşiliyinin əyanı ifadəsidir. Ermənilər bütün dünyada Azərbaycan torpaqlarının onlar tərəfindən deyil, guya qondarma Qarabağ özünün müdafiə qüvvələri tərəfindən tutulması barədə şaiyələr yayırlar və heç zaman özlərinin Azərbaycan torpaqlarının istila etmədiklərini söyləyirlər. Amma bu bir faktdır ki, Dağlıq Qarabağ özünün müdafiə qüvvələri deyilən başıpozuq qüvvələrin heç 1500 - 2000 min əsgəri yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğal olunmasının səbəblərindən danışarkən bildirib.
Onun sözlərinə görə, Cəbrayılın bir özünün müdafiə batalyonu qondarma Dağlıq Qarabağ özünü müdafiə batalyonun öhdəsindən asanlıqla gələ bilərdi: “Yəni Azərbaycan torpaqlarının işğalında o cümlədən də Füzuli və Cəbrayıl qəsb edilməsində təkcə Ermənistan qoşunları yox, həm də Rusiya qoşunları yaxından iştirak ediblər. Ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalı Rusiyanın yaxından köməyi ilə Ermənistan tərəfindən işğal edilib. Amma təəssüflər olsun ki, biz hələ də bütün dünyada Ermənistanı işğalçı dövlət kimi tanıtdıra bilmirik. Daha doğrusu, bəlli səbəblərdən tanımaq istəmirlər. Sadəcə olaraq, işğal olunmuş torpaqlar kəlməsi həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həm də BMT orqanlarında da səsləndirilib. BMT uzaq başı işğal edilmiş əraziləri Ermənistan bandit birləşmələri tərəfindən həyata keçirildiyini söyləyir ki, bu da real həqiqəti əks etdirmir”.
Politoloqun sözlərinə görə, Ermənistanın işğal amilində iştirak etməsi faktını sübut edə bilmədiyimizdən Ermənistana qarşı işğalçı dövlət kimi sanksiyalar tətbiq etdirə bilmirik, onu beynəlxalq məhkəmələrə verə bilmirik: “Bu istiqamətdə ruhdan düşməməliyik, ərazilərimizi işğal etmiş bir dövlət kimi tanıdılmasına və hüquqi kanallarla onun ifşasına və məsuliyyətə cəlb edilməsinə çalışmaqda davam etməliyik. Onsuzda gec tez işğalçı ölkə olan Ermənistan törətdiyi bütün əməllərinə görə cavab verəcəkdir. Çünki bu bir faktdır ki, Ermənistan işğalçı bir dövlətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB