Qırğızıstanda koalisiya hökuməti qurma səlahiyyəti verilən Sosial Demokrat Partiyasının lideri Almazbek Atambayevin noyabrın 30-da Respublika və Ata Meken partiyaları ilə yaratdığı koalisiya dağılıb.
SİA-nın xəbərinə görə, SDP lideri Atambayevin parlament sədrliyinə namizədliyini irəli sürdüyü Ata Meken Partiyasının lideri Ömürbek Tekebayev dünən keçirilən səsvermədə lazımı səsi ala bilməyib.
Atambayev bu gün parlamentdəki çıxışında prezidentdən koalisiya hökumətinin qurulması üçün səlahiyyəti başqa bir partiyaya verməsini istəyəcəyini deyib. Bu açıqlamadan sonra prezident Roza Otunbayeva parlamentdəki 5 partiyanın liderləri ilə görüşüb.
Qeyd edək ki, Otunbayeva daha öncə SDP hökuməti formalaşdıra bilməyəcəyi təqdirdə bu səlahiyyətin Ata Meken Partiyasına veriləcəyini söyləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB