Bir qədər öncə NASA-nın Vaşinqtonda olan mənzil-qərargahında keçirilən mətbuat konfransında araşdırmanı aparan Arizona Universiteti qrupunun başçısı Dr. Felise Volf Simon önəmli açıqlamalar verib. Simon, bu günə qədər bütün həyat formalarında var olan bio-molekulyar quruluşdan ayrılan GFAJ-1 mikrobu haqqında danışıb.
"Bu gün danışacağım şey, çox uzun müddətdən bəri aparılan araşdırmanın nəticələri olacaq. Arseniyi təməl molekullarında saxlayan bir mikrob kəşf etdik. Bu günə qədər bildiyimiz şey, həyat üçün 6 elementin, yəni karbon, hidrogen, nitrojen, oksigen, fosfor və sülfürün lazımlı olduğu idi. Bu elementlər DNT, zülal, yağlar və hüceyrələrin məlumat quruluşunda var. Kəşf etdiyimiz mikrobun sahib olduğu arsenik isə molekulyar quruluşunda olan elementlərin yerini tutur"-alim deyib.
Simon, "GFAJ-1" adı verilən bu mikrobun bu günə qədər oxşarına rast gəlinməmiş bir şeyi edə bildiyini və "həyat üçün ən lazımlı elementlərdən biri kimi qəbul edilən fosfor yerinə arsenik saxladığını" deyib. Simon, mikrobun Kaliforniya əyalətində olan və özünə xas bir ekosisteme sahib olan Mono gölündə kəşf edildiyini bildirib. Qeyd edib ki, Mono gölü, arsenik sıxlığın hədis çox olması səbəbindən həyatın mümkünsüz olduğu bir ekosisteme sahibdir.
Ancaq Simon və qrupu, GFAJ-1-in həyatın meydana gəlməsinə imkan verməyən göldə bu günə qədər oxşarına rast gəlinməmiş bir bio-molekulyar quruluş meydana gətirərək həyatda qaldığını ortaya çıxarıb. Simon, "Arsenik, periodik cədvəldə fosforun dərhal altında var. Bu iki elementin fiziki olaraq atom böyüklüyü bir-birinə bənzəyir. Ayrıca kimyəvi strukturlarında da bənzərlik var. Laborator mühitində üzərində test etdiyimiz mikrobun, fosfor ehtiva etməyən bir mühitdə necə həyatda qaldığını araşdırdıq. Lazımlı olan bütün digər elementlərin olduğu mühitdə, fosforu tamamilə təmizlədik və çox çox nisbətdə arsenik əlavə etdik. Nəticədə, mikrobun böyüdüyünü və inkişaf etdiyini gördük"- deyə bildirib.
NASA yetkilisi göstərilən animasiyada nəticəni belə şərh edib: "Aldığımız nəticənin ardından bunun necə olduğunu anlamaq üçün mikrobun DNT-ni araşdırdıq. Burada arseniyə rast gəldik. Eynilə fosforun etdiyi kimi, arsenik hüceyrənin içində idi və DNT ilə bağ qurmuşdu. Qısaca, fosforun olması lazım olduğu yerdə arsenik tapılırdı". Əldə edilən tapıntının bu günə qədər bilinən hər şeyi başdan yazdığını ifadə edən Simon, "Bütün nəzəriyyələr dəyişdi. Dünya üzərində bildiyimizdən tamamilə fərqli bir molekulyar quruluşa sahib olaraq yaşaya bilən bir orqanizm var. Təməl molekulları içində arsenik var"-deyib.
Beləliklə, heç bir canlının yaşaya bilmədiyi hədsiz zəhərli mühitdə yaşaya bilən canlı kəşf edildi. Bu canlının bizim planetə aid olmadığı iddia olunur. Deyildiyi kimi, bu fakt elmdə yeni dövrün başlanğıcıı qoyur və başqa planetlərdə həyatın varlığını sübut etmək üçün tutarlı baza rolunu oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB