“Rusiya Qriqori Karasinin dili ilə aydın şəkildə bildirdi ki, təcavüzünü davam etdirəcəyi təqdirdə Yerevan cəzalana bilər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin 2008-ci il avqust Gürcüstan olaylarına münasibət bildirərkən diqqət çəkən fikir də bildirdi: Dünyanın digər paytaxtları da nəticə çıxarmalıdır ki, təcavüzə qarşı cəza qarşısı alınmazdır. 2008-ci il və sonralar çox ciddi mübahisə gedirdi və erməni tərəfi Azərbaycanı qorxutmağa çalışırdı.
2008-ci ilin avqust hadisələrindən sonra baş verən proseslər dünya dövlətləri içərisində hansı paytaxtın təcavüzkar olduğunu da aydınaşdırdı. 2009-cu il həmsədr ölkə prezidentləri tərəfindən qəbul olunmuş Yenilənmiş Madrid Prinsipləri qəbul edildikdən sonra ATƏT MQ bir neçə dəfə Ermənistanı işğalçı dövlət adlandırdı. Bu həm rəsmi bəyanatlarda var, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin verdiyi bəyanatlarda da özünü göstərir. Beləliklə, təcavüzkar paytaxt bəllidir və bu Yerevandır.
Rusiya aydın şəkildə bildirdi ki, təcavüzünü davam etdirəcəyi təqdirdə Yerevan cəzalana bilər. Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətində Rusiyanın köhnə mövzunu yada salmasını da təsadüfi hesab etmirik. Ermənistan normal münasibətlər sisteminə qarşı qayıdarsa, beynəlxalq hüquqa riayət edərsə bu ilk növbədə onun özü üçün faydalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB