Bir müddət öncə həbs edilən Ermənistanın sabiq prezidenti Robert Köçəryan istintaqa ifadə verməkdən imtina edib. SİA-nın verdiyi məlumata görə, belə bir açıqlama ilə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan çıxış edib.
Onun sözlərinə görə, ölkənin konstitusiya quruluşunun devrilməsində ittiham olunan Robert Köçəryan 1 mart 2008-ci ildə keçirilən etiraz aksiyasının dağıdılmasına dair iş üzrə ifadə verməyib: "Robert Köçəryan ifadə verməkdən imtina edib. Digər istintaq hərəkətlərində iştirak etməyib və istintaq hərəkətlərinin aparıldığı otağı tərk edib”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB