ATƏT-in Astana sammitinə hazırlıq işləri başa çatıb

ATƏT-in Astana sammitinə hazırlıq işləri başa çatıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mətbuat katibi Virciniya Kolludon Astanada keçirdiyi brifinqdə bildirib ki, ATƏT-in sammitinə hazırlıq işləri başa çatıb.

SİA-nın xəbərinə görə, sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açacaq, sonra ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev, BMT-nin baş katibi Pan Gi Mun və ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu çıxış edəcəklər. Onun sözlərinə görə bundan sonra plenar iclasda 38 dövlət və hökumət başçılarının çıxışları olacaqdır.

Ümumiyyətlə, görüşdə 75 nümayəndə heyəti iştirak edəcək, iştirakçıların sayı isə jurnalistlər və qeyri-hökumət təşkilatları ilə birlikdə təxminən 5 min nəfər olacaqdır. Bunun 2500 nəfəri nümayəndə, təxminən 1500 nəfəri jurnalistdir.

Bütün xəbərlər Facebook səhifəmizdə