Bu gün Avropa Birliyi-Azərbaycan alt komitəsinin ədalət, azadlıq, təhlükəsizlik, insan haqları və demokratikləşmə ilə bağlı ilk iclası keçirilib. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərinə görə, iclas Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Avropa Komissiyasının Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz üzrə Departamentinin rəhbəri Con Kyaerin (John Kjaer) həmsədrliyi ilə təşkil olunub.
İclasda insan haqlarının, vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqların qorunması ilə bağlı mexanizm, insan haqlarının qorunması üçün beynəlxalq arenada əməkdaşlıq müzakirə olunub. Əsas diqqət seçkilər, seçki sistemi, sərbəst toplaşma azadlığı, vətəndaş cəmiyyətinin fəaliyyətinə verilib.
İclasın ikinci günü isə Azərbaycanda qanuni və qanunsuz miqrasiyaya nəzarət, sərhəd nəzarəti, mütəşəkkil cinayətkarlıq və qanunların tətbiqi, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə, hüquq sahəsində əməkdaşlıq və qanunvericilik prosesləri müzakirə ediləcək.
İki gün davam edəcək konfransda AB nümayəndə heyətinə Xarici Əlaqələr üzrə Baş Direktorluğunun departament rəhbəri Rolf Timans, Cənubi Qafqaz üzrə koordinator Karin Batt-Rutter, həmçinin Deren Dərya, Fransua Şoven, Dafni Qoqou və Audrone Perkauskiene daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB