Düşərgədəki ağır vəziyyət partiya sədrlərini danışdırır
Radikal müxalifət partiyalarının gündəmdə qalmaq üçün var-gəl etməsi, lakin nəticədə heç bir uğura imza ata bilməməsi elə düşərgənin digər cinahında olan partiya sədrləri tərəfindən də tənqid atəşinə tutulmaqdadır. Belə ki, istər seçkilər ərəfəsində, istərsə də seçkilərdən sonra “ölüm yatağı”na düşən müxalifət sonradan müxtəlif birliklər yaradıb, guya ayaqda qaldığını göstərməyə çalışır. Lakin bunun özü də özünü aldatmaq kimi görünür.
ADP sədri Sərdar Cəlaloğlu: “Öncə müxalifətin düşdüyü vəziyyətə baxmaq lazımdır”
ADP sədri Sərdar Cəlaloğlu müxalifəti “cəmiyyətin güzgüsü” adlandırsa da, əslində, bu “güzgü”nün qırılaraq, çilik-çilik olduğunu da istisna etməyib. Burada isə əsas səhvin bilavasitə partiya sədrlərinin olduğu bildirilir. “Bu gün Azərbaycanda aparılan islahatlara münasibət bildirməzdən öncə müxalifətin düşdüyü vəziyyətə baxmaq lazımdır”-deyən ADP sədrinə görə, müxalifətin getdikcə zəifləməsi faktı daxildən araşdırılmalıdır.
“Ağ partiya” və VİP sədrləri isə belə müxalifətin isə nə ölkəyə, nə də cəmiyyətə heç bir səmərə verməyəcəyi qənaətindədirlər
Digər müxalifətçi partiya sədri, “Ağ Partiya”nın rəhbəri Tural Abbaslı Azərbaycan siyasi səhnəsində gedən prosesləri diqqətlə izlədiyini bildirərək deyib ki, olaraq iqtidar-müxalifət münasibətlərində düşmənçiliyin əleyhinədir və AXCP, Müsavat kimi partiyalar əslində, düşmənçiliklə məşğuldurlar.
VİP sədri Əli Əliyev isə gedən prosesləri ardıcıl gördüyünü deyərək, radikal təmayüllü müxalifətin belə gedərsə, ayaqda qala bilməsini mümkünsüz olduğunu deyib. Belə müxalifətin isə nə ölkəyə, nə də cəmiyyətə heç bir səmərə verməyəcəyi də VİP sədri tərəfindən bildirilib.
Görünən isə budur ki, artıq müxalifətin qatarı çoxdan gedib və bütün hallarda ənənəvi, naftalin qoxusu verən düşərgə “liderləri” üzləri suluykən, geri çəkilməlidirlər. Bu isə köhnələrin öz yerlərinə təzələrinə verilməsi anlamını daşıyır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB