Küçə nümayişçisinin qısa zaman kəsiyində, yəni bir neçə gün ərzində güya Ermənistanı demokratik dövlətə çevirməsindən, sivil dövlət qurmasından bəhs edən cəfəngiyatı ermənilərin dünyaya sırımaq ciddi cəhdinin məntiqi sonluq olaraq uğursuzluqla nəticələnməsi dünya ictimaiyyətinə bəllidir və hətta dünya mətbuatında da bütün bunlar öz əksini tapır. Erməniləri daha çox qıcıqlandıran hakimiyyət çevrilişinə demokratiya donu geyindirmək istəyən inqlabçının, asayiş pozucusunun, Qərbin marianetinin mətbuat səhifələrində ifşa olunması, demokratik Ermənistan, gələcək perspektivlər barədə iddialarının xülyadan başqa heç nə olmadığının üzə çıxmasıdır.
Rusiya mətbuatında, ələlxüsus Regnum.ru, Lenta.ru, Gazeta.ru kimi analitik-informasiya vasitələrində Ermənistanın mövqeyini və hazırki durumunu işıqlandıran informasiyalara ermənilər hədsiz dərəcədə aqressiv reaksiya verir və hətta bütün bunların Kremlin sifarişi, Rusiyanın təbliğatı olduğunu bildirirlər. Ermənilər Nikol Paşinyanın Brüssel görüşlərinin Moskvanı təşvişə salmamalı olduğunu bildirir və qeyd edirlər ki, baş nazir bu görüşlərin gedişatı zamanı Ermənistanın xarici siyasətində dəyişiklik olmayacağını mütəmadi olaraq təsdiq edib. Hətta heç bir şübhə yeri belə qalmasın deyə Paşinyanın Moskvaya mesajlar göndərdiyi də iddia edilir. İndi ermənilər bütün bunlara baxmayaraq Rusiyanın Ermənistan əleyhinə anti-təbliğat apardığını bəyan edirlər. Ən böyük problem olaraq isə Moskvanın güya ki, Ermənistanda yeni keyfiyyətdə dövlət formalaşmasını qəbul etməmələrində görənlər ittiham da edirlər ki, güya Moskva bu yeni Ermənisyanla rasionallığın olmaması səbəbiylə işləyə bilmir.
Erməni xislətində olan və dəyişilməz şəkildə qalan özündən razılıq, özünü bəyənmə kimi xüsusiyyət çox gülünc görünür
Daim özünü deyil, başqalarını qınamağa alışmış ermənilər indi də Rusiyanı öz ölkələrində güya ki, köklü dəyişikliklərə görə narahat olmaqda, korrupsiyada, çirkin niyyətli olmaqda mühakimə etmək istəyir. Hətta Ermənistanı daxildən dağıtmaqda maraqlı olduğunu Panik kəndində rus həbçilərinin, 102-ci Rusiya hərbi bazasının əməllərinin fonunda təsdiq etməyə çalışan ermənilər Rusiyanı düşünülmüş şəkildə təxribat aparan dövlət kimi qələmə verir, rusların onların yeni Ermənistan adlandırdıqları əldəqayırma hökumətə təhlükə olduğunu bildirir, sona qədər suverenliklərini qoruyacaqlarını bəyan edirlər.
Erməni xislətində olan və dəyişilməz şəkildə qalan özündən razılıq, özünü bəyənmə kimi xüsusiyyət hələ də davam edir və çox gülünc görünür. Əzəldən bəri həmişə özünü daha ağıllı, uzaqgörən xalq kimi təqdim edən, əslində isə daim hansısa yardıma, köməyə ümid edən, məsələn ruslara sığınan, onların timsalında başqa xalqlardan da pay, iyanə uman, əvəzində belə nüfuzlu dövlətlərin, çoxsaylı xalqların köləsinə çevrilməyi qəbul edən ermənilər yenə də özlərini dünya ictimaiyyətinə çox alicənab toplum kimi sırımaq arzusuna düşüblər. Cəmi bir neçə gün idarəedilməz kütlənin müşaiyyəti ilə davam edən və Qərb ssenarisi açıq-aşkar, aydın şəkildə görünən küçə nümayişlərini şişirdib demokratik hərəkat kimi təqdim edənlər, indi demokratiyanı bayraq eləməkdə o dərəcədə israrlıdırlar ki, elə bil demokratiyanın beşiyi Ermənistan imiş xəbərimiz yox.
Nikol bir oyun eylədi, güya ki, diktaturanı demokratiya eylədi bir anın içərisində
Qafqazda məskunlaşdıqları ilk gündən rusların ətəyini buraxmayan, qarşılarında diz çöküb qul kimi müti, əmrlərinə tabe olan, əvəzində Rusiyanın sayəsində mövcudluğunu təmin edən, yerləşdikləri ərazilərdə qonşulardan oğurlamaq və işğal yolu ilə qoparmaq taktikası ilə ad qoyan erməni necə oldusa bir neçə günün içində dünyanın ən suveren, ən demokratik ölkəsinə çevrildi. Bu Paşinyan gör nə qədər güclü sehrbaz imiş ki, öz sehirli çubuğunu bir neçə gün işlətməklə diktaturanı demokratiyaya çevirdi. Elə bil ki, Nikol bir oyun eylədi, diktaturanı demokratiya eylədi bir anın içərisində. Özü də elə bir demokratiya ki, bunun tayı-bərabəri əsrlər boyu mövcud olan və onilliklərlə demokratik dəyişikliklər istiqamətində mücadilə edən nüfuzlu dünya ölkələri arasında da tapılmasın.
İş o yerə çatıb ki, ermənilər indi öz ölkələrində institusional islahatlardan da dəm vurur. Görəsən, küçə nümayişçisinin baş nazir postuna oturdulması, yaxud idarəçilikdən xəbərsiz birinin öz səriştəsiz komandasına hakimiyyəti həvalə etməsi nə vaxtdan institusional inkişaf, islahat hesab olunub? Paşinyanın Ermənistan hakimiyyətinə gətirdiyi, lakin hakimiyyətdən, diplomatiyadan xəbərsiz insanlar institusional inkişafı deyil, uzaq başı deqradasiyanı təmin edə, səriştəsizlikləri sayəsində ölkəni uçuruma apa bilər.
Ermənilər öz yalanlarına heç özləri də inana bilməz, nəinki dünya ictimaiyyətini də buna inandırmaq istəyirlər ki, güya Rusiya Ermənistanla, onun inkişafı ilə ayaqlaşa, bu inkişafı həzm edə bilmir. Güya ki, Ermənistan Qərbə elə sürətlə inteqrasiya edir ki, bu istiqamətdə Rusiya onlara çata bilmir və ermənilərin bu tərəqqisinə qısqanclıqla yanaşır. Reallıq isə bundan ibarətdir ki, Ermənistanın demokratiyası da, islahatları da, inteqrasiyası da xülyadır. Əslində özləri də yaxşı başa düşürlər ki, ruslar ermənilərin onlardan üz döndərməsini, bir sözlə, bu vaxta qədər bağışladıqları bütün nə varsa hamısının müqbilində xəyanətlərini qəbul edə bilmirlər. İndi ermənilər çox yaxşı başa düşürlər ki, onların cəzasız qalması mümkün deyil və Rusiyanın həmləsini hər an gözləyirlər. Başa düşürlər ki, Rusiya bu qədər müddət ərzində saxladığı, himayə etdiyi bir ölkəni Qərbə hədiyyə vermək niyyətində ola bilməz. Nə hərbi, nə iqtisadi imkanları imkan vermir ki, ermənilər ruslar qarşısında dayana bilsin. İstənilən anda Ermənistanın diz çökdürülməsi ruslar üçün ən sadə məsələdir. Ermənistan hər zaman olduğu kimi Rusiyanın tabeçiliyi altında qalmağa məhkumdur və əgər həqiqətən də bu vəziyyətindən imtina etməyə qalxarsa bir dövlət olaraq məhv olacağına zərrə qədər şübhə ola bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB