Çavuşoğlu: "ABŞ-ın bu sanksiyalarını düzgün hesab etmirik"

Çavuşoğlu: "ABŞ-ın bu sanksiyalarını düzgün hesab etmirik"

“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin "Cümhuriyyet" qəzetinə açıqlamasında deyib.

Çavuşoğlu, İrana sanksiyalırn tətbiq edilməsi məsələsi ilə bağlı ABŞ-dan nümayəndə heyətinin gəldiyini bildirib: "ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qoşulmayacağımızı bildirdik. Onlara bildirdik ki, bu sanksiyalarda iştirak etməyəcəyik. Biz İrandan neft alırıq, həm də bizə sərf edən şərtlərlə alırıq. Hardan alacayıq, variantları nədir? Onlar uzaqdan danışırlar, ancaq biz bununla razılaşa bilmərik. ABŞ-ın bu sanksiyalarını düzgün hesab etmirik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə