Elman Nəsirli: “Turqut Ərin dostluğa, qardaşlığa ləkə gətirən belə bir addımı heç bir nəticə verməyəcək” - AÇIQLAMA
"Bu kitabda olan məlumatlar həqiqətə uyğun deyil. Əslində isə burada iftira və yalanla dolu məlumatlar öz əksini tapıb. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevlə bağlı kitabda verilən fikirlər heç bir halda Azərbaycan - Türkiyə dostluğuna, iki dövlətin yaxın, qardaşlıq münasibətlərinə xidmət göstərmir". SİA-nın xəbərinə görə, bunu Dövlət İdarəçilik Akademiyasının müəllimi Elman Nəsirli vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və iki qardaş ölkənin münasibətlərinə zərər vurmağa hesablanmış çoxsaylı səhvlərinə görə diplomatik fəaliyyətdən uzaqlaşdırılmış Turqut Ərin yazdığı kitaba münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu faktın ortada olması bir daha onu təqsdiqləyir ki, kitabın yaranması planlı şəkildə reallaşdırılıb. Belə ki, kitabın yaranmasının arxasında müəyyən siyasi qüvvələr dayanıb: "Həmin siyasi qüvvələr müəllifə göstəriş veriblər ki, yəni elə bir kitab yazsın ki, Azərbaycanla Türkiyə arasında mövcud olan sarsılmaz dostluğa xələl gəlsin. Lakin onlar anlamalıdırlar ki, bu dostluğu sarsıtmaq mümkün deyil. Sadəcə Turqut bir oyuncaqdır. Oyuncaq olaraq siyasi alver kimi istifadə olunub. O, kitabı yazdıqdan sonra bir müddət Turqut Ərin özü bu işi təşkil edən siyasi qüvvələrə lazım olmayacaq. Əlcək kimi istifadə edilərək atılacaq. Bir daha ondan istifadə edilməsinə ehtiyac qalmayacaq".
Politoloq hesab edir ki, belə bir kitabın ərsəyə gəlməsi Azərbaycan-Türkiyə dostluğunun ruhuna uyğun gəlmir. O, qeyd edib ki, Turqut Ərin dostluğa, qardaşlığa ləkə gətirən belə bir addımı heç bir halda nəticə verməyəcək: "Bütün bunlara baxmayaraq belə mənfi halın özü-özlüyündə müsbət tərəfini görmək istəyərdim. Onu görmək istəyərdim ki, bir daha Azərbaycan və Türkiyə xalqı bilsin ki, onun təkcə xaricdə yox, daxilində düşmənləri var. Heç bir halda rahatlanmaq, arxayınlaşmaq olmaz. Çünki xaricdən gələn zərbənin qarşısını almaq asandır. Amma bir şəxs ki, diplomat olmaq səıviyyəsinə gətirəsən və təsir edəsən onu yetişdirəsən və o səni arxadan bıçaqla vura. Belə təhlükələr daha amansız olur. Bundan sonra daha çevik və aydın olmalıyıq".
Turqut Ərin kitabından hissələrin məhz "Azadlıq" qəzetində dərc edilməsinə gəlincə politoloq: ""Azadlıq" qəzetində bu kitabın çap olunması özlüyündə təəccüb doğurmamalıdır. Məsələ ondadır ki, məlum çıxışı, bəyanatı çap yerində düşünürlər. "Azadlıq" qəzetini səhifələrində adətən bir çox reallıqa söykənməyən, təhrif olunan məlumatlar, Azərbaycanda siyasi prosseslərlə bağlı daha çox təhrif olunan yalan məlumatlar yerləşdirilir. Xalq məsəlində deyilən kimi, "su axar öz çuxurunu tapar". O nöqteyi nəzərdən "Azadlıq" qəzetinə üz tutublar", - deyə cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB