Şəmkir su anbarının tikintisi davam edir

Şəmkir su anbarının tikintisi davam edir

2009-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Şəmkir çayı üzərində su anbarının və su elektrik stansiyasının tikintisi davam edir.

Şəmkir rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, su anbarında 3 tunelin 2-də inşa işləri başa çatdırılıb. Bundan əlavə uzunluğu 885 metr olan nəqledici tunelə atıq su buraxılıb. Ayrıca tikintinin əsasını təşkil edən ön bəndin inşasına start verilib.

Qeyd edək ki, istifadəyə veriləcək dəryaçayın su tutumu 160 milyon kub metr uzunluğu isə 6.1 km təşkil edir. Yeni su anbarı vasitəsi ilə gələcəkdə 75-min ha əkin sahəsinin suvarılması mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə