Tehran BAEA-nın İranın nüvə proqramlarını dayandırdığına dair xəbəri təkzib edib

Tehran BAEA-nın İranın nüvə proqramlarını dayandırdığına dair xəbəri təkzib edib

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramlarını dayandırdığına dair xəbərini təkzib edib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Atom Enerjisi Təşkilatının müfəttişləri bazar ertəsi günü yaydıqları hesabatda İranın nüvə təsislərindəki fəaliyyətlərini müvəqqəti olaraq təxirə saldığını bildirmiş, ancaq bunun səbəbini göstərməmişdilər.

Lakin İranın nüvə proqramlarına rəhbərlik edən Əli Əkbər Salehi müfəttişlərin iddialarını qəti dillə rədd edib: "İki tərəfin də danışıqlara hazırlaşdığı dövrdə qərblilər niyə bu məsələləri gündəliyə gətirirlər, anlamıram. Şübhə və qeyri-müəyyənlik atmosferi ilə öz siyasi məqsədlərini dəstəkləməyə səy göstərirlər".

Salehi həmçinin qərblilərin bilgisayar soxulcanından istifadə edərək nüvə əməliyyatlarına mane olmağa çalışdıqlarını, ancaq nüvə təsislərində hər hansı problem olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə