İsrail və Fələstin arasındakı böhranlara yenisi əlavə olunub

İsrail və Fələstin arasındakı böhranlara yenisi əlavə olunub

İsrail və Fələstin arasındakı böhranlara yenisi əlavə olunub. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, bu dəfə "Ağlama divarı" tərəflər arasında böhrana səbəb olub.

Fələstin hökuməti tərəfindən yayımlanan bir yazıda "Ağlama divarı"nın "Əl Aksa" məscidinin qərb divarı olduğu bildirilib. Yazıda divarda Kral Süleyman dönəminə aid bir daş belə olmadığı, yəhudilərin 1917-ci ildəki Balfur deklarasiyasının imzalanmasına qədər buradan ibadət məqsədi ilə istifadə etmədikləri bildirilib.

Yazı İsrail tərəfində sərt reaksiya doğurub. İsrail Fələstin hökumətinin yer verdiyi ifadələri skandal kimi dəyərləndirib və fələstinliləri tarixi həqiqətləri təhrif etməkdə suçlayıb.

Verilən açıqlamada 2 min ilə yaxındır "Ağlama divarı"nın yəhudi xalqının ən önəmli müqəddəs məkanı olduğu bildirilib

Bütün xəbərlər Facebook səhifəmizdə