“Emin Milli, Leyla Yunus və Xədicə İsmayıl bir-birinə kələk gəlməklə məşğuldurlar” AÇIQLAMA

“Emin Milli, Leyla Yunus və Xədicə İsmayıl bir-birinə kələk gəlməklə məşğuldurlar” AÇIQLAMA

“Azərbaycandan gedərək, mühacir həyatı yaşayan Emin Hüseynovun fəaliyyətinin əsas istiqamətlərinin Azərbaycana qarşı qara yaxmaqdan ibarət olduğu hər kəsə məlumdur”. Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, o, xeyli zamandır ki, xaricə köçüb və orada da bacardıqca ölkəmizə qarşı təxribat törətməklə, ölkə iqtidar haqqında yalan və böhtan yaymaqla məşğuldur: “Emin Hüseynovun son zamanlar "Meydan" TV-nin rəhbəri Emin Milli, Leyla Yunus və Xədicə İsmayıla qarşı maliyyə vəsaitlərini mənimsəməkdə, satqınlıqda və xəyanətkarlıqda ittiham etməsinin səbəblərini dəqiq söyləmək çətindir. Amma, bu ittihamları yalnız onunla əlaqələndirmək olar ki, xarici düşmənlərimizin əlində ölkəmizə qarşı alətə çevrildikləri şübhə doğurmayan bu insanlar öz xarici himayədarlarından və ağalarında aldıqları maliyyəni bölüşdürmək məsələsində də bir-birinə kələk gəlməklə məşğuldurlar”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə