Pan Gi Mun Kıbrıs türk tərəfinin mülkiyyət məsələsi ilə bağlı yeni təşəbbüslər irəli sürüb

Pan Gi Mun Kıbrıs türk tərəfinin mülkiyyət məsələsi ilə bağlı yeni təşəbbüslər irəli sürüb

BMT-nin baş katibi Pan Gi Mun Kıbrıs türk tərəfinin mülkiyyət məsələsi ilə bağlı yeni təşəbbüslər irəli sürdüyünü bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Baş katib Pan Gi Munun BMT-dəki xoş niyyətli missiyasına dair adadakı müzakirələrin keçmişini özətləyən, hazırkı durumu dəyərləndirən və hər iki tərəfə tövsiyələrin əks olunduğu hesabatı yayımlanıb.

Baş katib hesabatında Kıbrıs rum tərəfində mayda, Türkiyədə isə iyunda keçiriləcək seçkilərdən əvvəl müzakirələrdə bütün başlıqlarda əsaslı uzlaşmaya nail oluna bilməyəcəyi təqdirdə müzakirələrin uğursuzluqla nəticələnməsi riskinin yüksək olduğunu vurğulayıb.

Hesabatda mülkiyyət məsələsində Kıbrısdakı tərəflər arasında fundamental fikir ayrılıqları olduğu qeyd edilib.

İki tərəfin liderlərinin 2010-cu ildə həll istiqamətindəki gözləntilərinin gerçəkləşmədiyi vurğulanan hesabatda liderlərin cəmiyyətlərinə müzakirələrlə bağlı məlumat vermələrinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə