Hələ 2016-cı ilin şanlı aprel döyüşlərinin təsirindən çıxa bilməyən Ermənistan ordusu ikinci ağır zərbəni Naxçıvanda aldı, məğlubiyyətlə üzləşdi və bu da ölkədə olan gərginliyi sözün həqiqi mənasında əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektar ərazini düşmən işğalından azad etməsi xəbəri böyük rezonansa səbəb olub və Ermənistan ictimaiyyətinin narahatlığını dymamaq mümkün deyil.
Naxçıvanda aparılan əməliyyatdan, qarşılaşdıqları məğlubiyyətdən sonra işğalçı ölkənin rəsmiləri ciddi narahatlıq keçirirlər. Jurnalistlərə açıqlamasında Ermənistanın yeni müdafiə naziri David Tonoyanın, “cəbhədə hər şey qaydasındadır, vəziyyətə nəzarət edirik, üstünlük bizdədir” deməsindən bir neçə gün sonra Azərbaycan Ordusunun 11 min hektar ərazini işğaldan azad etməsi xəbəri işğalçı ölkədə elə bir çaxnaşmaya səbəb olub ki, rəsmilər başlarını belə itirdiklərini özləri də dərk edirlər. Hətta Nikol Paşinyan Günnüt məğlubiyyətini keçmiş hakimiyyətin üstünə atmaq istəyir və bu minvalla məsuliyyətdən yayınmağa çalışır. Paşinyanın guya Serj Sarkisyanın ordudakı adamları buna şərait yaratdığını bildirən iddiaları belə erməni mətbuatında yer alır. Əslində isə bu belə deyil və Naxçıvandakı qələbə məhz Azərbaycan Ordusunun qəhrəmanlığı, ölkəmizin hərbi üstünlüyü sayəsində mümkün olub.
Rəsmi İrəvanın hazırkı ritorikası gərginliyin ciddi şəkildə artmasına aparır və nəticələr Ermənistan üçün heç də arzuolunan deyil
Ermənistanın işğalçı siyasəti, 20 ilə yaxın hakimiyyətədə olan Qarabağ klanının imitasiya xarakterli strategiyası, danışıqlar prosesində status-kvonun qorunmasına hesablanan siyasət nəticəsində 25 ildir həll edilməyən Qarabağ konflikti regionda müharibə risqini artırır. Serj Sarkisyanın küçə etirazıları nəticəsində hakimiyyətdən devrilməsi, Nikol Paşinyanın baş nazir olması və ilk gündən yeni hakimiyyətin Qarabağda danışıqlar prosesinə kəskin şəkildə zərbə vuran bəyanatlar verməsi, hazırki Ermənistan hakimiyyətinin Qarabağ siyasəti, demək olar ki, danışıqların dayanmasına və Ermənistanın birtərəfli olaraq danışıqlardan çəkinməsinə hesablanıb. Sözsüz ki, rəsmi İrəvanın hazırkı ritorikası gərginliyin ciddi şəkildə artmasına aparır və bunun nəticələri Ermənistan üçün heç də arzuolunan deyil. Onsuz da yeni baş nazirin parlamentdə də, nəticə etibarı ilə ictimaiyyət arasında da durumu pozitiv heç nə vəd etmir.
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır ki, bu da, faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranması deməkdir. Paşinyan bu işğalçı ölkədə hakimiyyətə yiyələnsə də, Serj Sarkisyan tərəfdarları görünür bununla barışmaq niyyətində deyil və hakimiyyət uğrunda gedən bu mübarizə aydın məsələdir ki, bu ölkədə mövcud olan ağır vəziyyəti daha da pisləşdirir. Çünki hər bir tərəf öz marağını güdür, digərinin həyata keçirmək istədiyinin qarşısını almağa, ona mane olmağa çalışır ki, bu da sonda düşmən ölkədə yaşanan ağır sosial-iqtisadi durumu daha da gərginləşdirir.
Günnüt əməliyyatı Paşinyan ağır zərbədir və o öz dezinformasiyaları ilə bu məğlubiyyətə don geyindirə bilməz
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və strateji yüksəkliklərin işğaldan azad edilməsini ekspertlər şəxsən Paşinyana tərs şillə kimi şərh edirlər. Hər zaman özündən razı halda çıxış edən, auditoriyanın rəyinə və razılığına hesablanmış iddialar səsləndirən, əslində hakimiyyətdən, idarəçilikdən zərrə qədər xəbəri olmayan beli çantalı küçə nümayişçisi üçün öz yerini möhkəmləndirmədən belə bir acı məğlubiyyətlə üzləşmək çox ağır zərbədir. Məhz bu zərbənin təsirindən, çiyinlərinə düşən bu məğlubiyyət yükündən canını qurtarmaq, boyun qaçırmaq üçün o, bunun günahlarını Serj Sarkisyanın apardığı idarəetmə sisteminin üstünə atır. Amma bu məğlubiyyəti ölkəsinin zəifliyi, Azərbaycanın dəfələrlə güclü orduya, digər sahələrlə yanaşı hərbi üstünlüyə də sahib olması ilə izah etməkdənsə yenə də erməni hiyləgərliyinə əl atır, ölkəmizin qüdrətini etiraf etməkdən boyun qaçırır.
Əslində, Günnüt əməliyyatı bir daha və növbəti dəfə sübut etdi ki, Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında acizdir və ölkəmiz istənilən zaman zərbə endirməyə həm hazırdır, həm də qadirdir. Günnüt əməliyyatı səriştəsiz, idarəçilikdən xəbərsiz Paşinyan üçün gözlənilməz ağır zərbədir və o öz dezinformasiyaları ilə nə qədər çalışsa da, bu məğlubiyyətə don geyindirə bilməz. Hətta bundan sonra da yeni baş nazir yeni-yeni məğlubiyyətlərə hazır olmalıdır və Ermənistanın cəbhə xəttindəki məğlubiyyəti qaçılmazdır. Ermənistanın yeni hakimiyyəti məğlubiyyətə məhkumdur və Qarabağ danışıqlarına tezliklə başlamasa, onları daha ağır məğlubiyyət gözləyir.
Neytral sahə deyilən bir anlayış yoxdur və həmin ərazilər bizim torpaqlarımızdır
Erməni tərəfi öz açıqlamasında qeyd edir ki, Azərbaycan ordusu Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Azərbaycan ordusunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb və “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryanın bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib. Bağdasaryan Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan olduğu halda, Baş qərargah rəisinin müavini vəzifəsini tutması, Artak Davtyanın layiq olmadığı halda bu vəzifəni tutması səbəbindən neytral sahədə azərbaycanlıların öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olduğunu iddia edir.
Əslində, neytral sahə deyilən bir anlayış yoxdur və həmin ərazilər bizim torpaqlarımızdır. Yenə də ermənilər məhz erməni hiyləgərliyinə əl atır və iddia edirlər ki, güya həmin torpaqlar, yəni işğaldan azad edilmiş 11 min hektar ərazi neytral olub və Azərbaycan ordusu həmin əraziləri hərbi yolla geri qaytarmayıb. Bu iddia özü belə absurddur və heç inandırıcı deyil ki, erməni kimi torpaq iddiasında olan bir xalq, ələlxüsus işğalçı qruplaşma nə az, nə çox 11 min hektar ərazini sahibsiz qoyub və nəzarətdə belə saxlamır. Hətta bəzi mənbələrdə ermənilər özlərini humanist kimi qələmə verərək həmin ərazilərdə bir vaxtlar yaşayan insanların öz qəbristanlığını ziyarət edə bilməsi üçün humanistcəsinə imkan yaratdıqlarını da iddia edirlər. Sual olunur, bəs niyə bu vaxta qədər belə bir şərait yaradılmırdı və erməni nə vaxtdan humanist olub?
Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu düşmən ölkədə böyük bir xof yaradıb
Həqiqətən də bu gün Azərbaycan Ordusunun imkanları kifayət qədər genişdir və bundan Ermənistanın ehtiyat etməsi normal təzahürdür. Hətta işğalçı ölkənin ən yüksək çinli məmurları da, prezidenti də yaxşı bilirlər ki, Azərbaycan Ordusu lazımı gəlidikdə öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Amma Azərbaycan tərəfi münaqişənin müharibə yolu ilə yox, məhz sülh yolu ilə həllinə tərəfdar olduğu üçün bu vaxta qədər Ermənistan ölkəmizin hərbi gücü ilə qarşılaşmamışdı və sözsüz ki, sülh danışıqları nəticəsiz olarsa Azərbaycan tərəfi müharibə yolu ilə ərazi bütövlüyünü təmin etmək iqtidarındadır və edəcək də.
Azərbaycanın hərbi qüdrəti Ermənistan ictimaiyyəti üçün sirr deyil və bunu ermənilərin öz ekspertləri də etiraf edir. Məsələn, hərbi ekspert David Arutyunyan “Sputnik Armenia” agentliyinə bildirib ki, Azərbaycanın buradakı hərbi imkanları onlara məlumdur və onu bilirlər ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt İrəvan doğrudan da əlçatandır. Məsələ burasındadır ki, Arutyunyan Naxçıvandan qaynaqlanan hərbi təhdid məsələsindən danışarkən erməni ordusunun imkanlarından yox, Rusiyanın Ermənistanla hərbi müqaviləsindən danışır. Yəni, dolayısı ilə etiraf edir ki, erməni ordusu deyilən bir şey yoxdur və onlar yalnız Rusiyanın Ermənistanla hərbi müqaviləsinə güvənirlər. Arutyunyanın belə bir güvənc yeri axtarması özü də təsdiq edir ki, başda elə bu hərbi ekspert olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu düşmən ölkədə böyük bir xof yaradıb.
Qələbəmiz erməni cəmiyyətini məyus edib, həmçinin öz ordularına inamı tamamilə sarsıdıb
Günnüt kəndinin azad edilməsi və dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin alınması ordumuza İrəvan-Əzizbəyov-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə şərait yaradıb və hazırda Strateji əhəmiyyətli Arpaçay dəryaçasının etibarlı mühafizəsinin təşkili üçün lazımi tədbirlər görülür. Bu arada Ermənistan mediası və saytlarının həyəcanla verdikləri məlumatlarda, o cümlədən, “razm. info armenia” portalının videoreportajında Azərbaycan Ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan əhali Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və erməni ordusunun əraziləri qorumaq iqtidarında olmadığı bildirilir. Bu xəbərlər, yayılan məlumatlar Ermənistandakı hərbi-siyasi böhranın daha da dərinləşməsinə səbəb olub və bu qələbəmiz erməni cəmiyyətini məyus edib, həmçinin öz ordularına inamı tamamilə sarsıdıb.
İctimaiyyəti çaşdırmağa, növbəti yalanları ilə sakitləşdirməyə çalışan Ermənistan rəhbərliyi isə heç bir şəkildə Azərbaycanın Günnüt zəfərini həzm edə bilmir və əslində bu başa düşüləndir. Sözsüz ki, bu gün Günnütü itirən, Qızılqayanı əldən verən düşmən sabah bu məğlubiyyətlə Kərkidə də qarşılaşacağını çox yaxşı başa düşür və məhz buna görə də Günnütün, eləcə də 11 min hektar ərazinin işğaldan azad olunması xəbəri ilk dəfə veriləndə işğalçı dövlət Naxçıvan mətbuatının dezinformasiya yaydığını deyərək çaşqınlıq yaratmağa cəhd göstərirdi. Reallıqları, daha doğrusu, Azərbaycan ordusunun gücünü yaxşı bilən işğalçı ölkənin Müdafiə Nazirliyi bununla əlaqədar olaraq məlumat yayıb ki, güya Azərbaycan tərəfinin bütün hərəkətləri Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Vəziyyətlə yerində tanış olmaq üçün Müdafiə Nazirliyinin təşəbbüsü ilə bir sıra erməni siyasi və ictimai xadimləri həmin bölgəyə gedib və orada Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının döyüş növbətçiliyinin aparılmasını, qarşı tərəfin mövqelərini müşahidə edib. Amma Naxçıvan televiziyasının, eləcə də Azərbaycanın digər informasiya vasitələrinin yaydığı informasiyalar, Ermənistan-Naxçıvan təmas xəttində olan bölgədə Azərbaycan Silahlı Qüvvələrinin 11 min hektar ərazini azad etməsi xəbərləri, Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsi və Günnüt yaşayış məntəqəsinin Azərbaycanın nəzarəti altına keçməsi barədə məlumatlar işğalçı ölkənin Müdafiə Nazirliyinin yalanlarını ifşa edib. Bu isə işğalçı ölkə ictimaiyyətinin sarsılması ilə yanaşı həm də hakimiyyətə, orduya, müdafiə qabiliyyətinə inamının itməsi, başda Paşinyan olmaqla bütün rəsmilərin nüfuzunun heçə enməsi deməkdir.
Naxçıvan zəfərindən sonra ermənilər Azərbaycanda keçirilən hərbi parada ağız büzməyə cəsarət etmədilər
Göründüyü kimi Naxçıvanda əldə olunan şanlı zəfərdən sonra ölkəmizdə keçirilən hərbi parada Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş erməni tərəfi nəzərə çarpacaq bir reaksiya da verə bilmədi. Bu vaxta qədər ölkəmizin hərbi qüdrətini, gücünü tərənnüm edən bu parada hər dəfə ağız büzən ermənilər bu dəfə susdular. Daha doğrusu, Naxçıvan zəfərindən sonra ağız büzməyə əsas belə tapmadılar. Başqa vaxt hay-küy salan düşmən tərəfinin bu dəfə sadəcə qorxu və təşviş icində müşahidə etməkdən başqa çarəsi qalmadı.
Pişiyin əli ətə çatmayanda iylənib dedyi kimi hər zaman ordumuzun texniki imkanlarına, silah-sursat təminatına, təchizatına, ordu ruhuna, əzminə, bir sözlə hərbi qüdrətinə ağız büzən işğalçı Ermənistan Bakıda keçirilən hərbi parada görə indi şokdadır. Düşmən tərəfinin susqunluğu əslində bunun etirafıdır və eyni zamanda artıq işğalçıları elə bir xof bürüyüb ki, bəlkə də yuxularını belə ərşə çəkib. İndi ən sıravi ermənidən tutmuş Nikol Paşinyana kimi hər birinin kürkünə birə düşüb və hər an aprel döyüşlərinin, yaxud Naxçıvan döyüşlərinin bütün Ermənistanı bürüyəcəyini düşünürlər. Təsadüfi deyil ki, Dağlıq Qarabağın, qondarma Artsaxın müdafiə naziri Levon Mnatsakanyan onlara qarşı açılacaq istənilən atəşin Azərbaycanın Hərbi Qüvvələrinə acınacaqlı sonluqla nəticələnəcəyini iddia edir və bir növ bununla ictimaiyyətə təskinlik verməyə çalışır. Amma erməni hiyləgərliyi bununla bitə bilməz və yəqin ki, tezliklə yenə də özlərini məzlum bir toplum kimi qələmə verərək, Beynəlxalq təşkilatlara, ABŞ Konqresinə məktublar göndəriləcək, cürbəcür müraciətlər olunacaq, yardım üçün əl açacaqlar. Onların halı eynilə itin hürərək qorxutduğu halda, qorxaraq quyruğunu bulamasına bənzəyir və bizə məhz bu məsəli xatırladır. Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz belə itlərin günündədir.
Azərbaycan Ordusunun Günnüt qələbəsi xalqımız tərəfindən bayram kimi qeyd olunur və hamı yüksək əhval-ruhiyyə içərisindədir, soydaşlarımız biri-birilərini böyük sevinclə təbrik edirlər. Lələtəpə qələbəsindən sonra Günnüt qələbəsi də açıq şəkildə təsdiq edir ki, ordumuz lazımi məqamda Ermənistan ordusunu darmadağın etməyə və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hamıda bu inam bir daha da möhkəmlənib ki, Böyük Qələbə Günü çox yaxındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB