Politoloq: "Azərbaycanın uğurları AŞPA-dakı dairələri qıcıqlandırır" MÜNASİBƏT

Politoloq: "Azərbaycanın uğurları AŞPA-dakı dairələri qıcıqlandırır" MÜNASİBƏT

“AŞPA-da Azərbaycanla bağlı qərəzli və ədalətsiz qərarların qəbulu ilk dəfə deyil. Artıq bu qurumda dəfələrlə ölkəmizə qarşı qeyri obyektiv münasibət nümayiş olunub. AŞPA bu dəfə də başqa ölkələrdə pozuntulara göz yumaraq ölkəmizi hədəf götürək, bizə qarşı siyasi addım atmış oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

AŞPA tərəfindən Azərbaycana qarşı atılan addımların arxasında bir neçə amilin dayandığını deyən politoloq söyləyib ki, burada erməni lobbisinin təsiri istisna etmək mümkün deyil: “Çünki AŞPA-da bir sıra deputatlar erməni dairələri ilə sıx bağlıdır. Görünür AŞPA Azərbaycanın konkret siyasi prioritetlərini dəyişdirmək məqsədini güdərək və ölkəmizin onlara uyğun siyasət aparmasını, onların istəklərinə tabe olmasını istəyirlər. Azərbaycanın müstəqil siyasət həyata keçirməsi, əldə etdiyi nailiyyətlər və uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qətiyyətli mövqe AŞPA-dakı bir sıra dairələri qıcıqlandırır”.

F. Sadıqov söyləyib ki, AŞPA-da Azərbaycana qarşı nə qədər qərəzli münasibət sərgilənsə də, onlar öz istəklərinə nail ola bilməyəcəklər: “Azərbaycan Cənubi Qafqazda kifayət qədər güclü dövlətə çevrilib, ölkəmizin konkret prioritet vəzifələri var. Azərbaycanın güclənməsi o demək deyil ki, siyasi addımlarımız kiminləsə razılaşdırılmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə