Polşa prezidenti gələn il Azərbaycana səfər edəcək

Polşa prezidenti gələn il Azərbaycana səfər edəcək

Polşanın prezidenti Bronislav Komarovski gələn il Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bunu Polşa Baş nazirinin müavini Valdemar Pavlyak İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyanın Bakıda keçirilən iclası zamanı bildirib. O, qeyd edib ki, Polşa prezidenti Bronislav Komarovskinin Azərbaycana səfəri ölkələr arasında mövcud əlaqələrin dərinləşməsinə öz müsbət töhvəsini verəcək.

 

Qeyd edək ki, 58 yaşlı Bronislav Komarovski uyun ayında təkrar seçkilərdə səslərin 53 faizini toplayaraq, mühafizəkar rəqibi Yaroslav Kaçinski üzərində qələbə çalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə